Naxçıvan Kukla Teatrı Tacikistanda festivalda iştirak edir
Məmməd Tağı Sidqi adına Naxçıvan
Dövlət Kukla Teatrı Tacikistanda keçirilən “Kuklaların
fantaziyası” III Beynəlxalq
Kukla Teatrları Festivalında ölkəmizi
təmsil edir. Aprelin 11-də
başlanan festival bir həftə davam edəcək.
Teatrın direktoru Yasəmən
Ramazanovanın verdiyi məlumata görə, kollektiv Azərbaycan Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə artıq ikinci dəfədir ki, bu beynəlxalq festivalda ölkəmizi təmsil edir. Teatr festivalda yazıçı
Səbuhi Hüseynovun
“Möcüzəli adanın
sakinləri” pyesi əsasında hazırlanan
tamaşanı təqdim
edəcək. Tamaşanın rejissoru Yasəmən Ramazanova, quruluşçu
rəssamı Cəlal
Rzayev, bəstəkarı
Əli Məmmədovdur.
Ceyhun
Xalq qəzeti.- 2012.- 13 aprel.- S. 6.