Azərbaycanın
xarici tərəfdaşlarla turizm əməkdaşlığı
genişlənir
Mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev “AİTF-2012” sərgisində
iştirak edən xarici nümayəndə heyətlərinin rəhbərləri
ilə görüşüb
Aprelin 12-də mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev “AİTF-2012” - XI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər
Sərgisində iştirak etmək məqsədilə ölkəmizə
gələn San Marino Respublikasının turizm, idman, iqtisadi
planlaşdırma naziri Fabio Berardi ilə
görüşdü.
Qonağın ölkəmizə səfərini
yüksək qiymətləndirən Ə.Qarayev bildirdi ki, Azərbaycan
San Marino ilə əlaqələrin genişlənməsində
maraqlıdır. O, qonağa Azərbaycanda turizmin
bugünkü inkişaf səviyyəsi, həmçinin Avropa
ölkələri ilə bu sahədə əməkdaşlığa
dair məlumat verdi.
Qeyd olundu ki, Azərbaycan Prezidenti
İlham Əliyev digər sahələrlə yanaşı,
turizmin inkişafına da xüsusi önəm verir. Ölkəmizdə
turizm infrastrukturunun genişləndirilməsi istiqamətində
böyük işlər həyata keçirilir.
“2010-2014-cü illərdə Azərbaycan Respublikasında
turizmin inkişafına dair Dövlət Proqramı” bu istiqamətdə
geniş perspektivlər açır.
Aprelin 13-dən etibarən
İtaliyanın paytaxtı Romada və digər şəhərlərində
Azərbaycan Mədəniyyəti Günlərinin
başlayacağını söyləyən nazir həmkarının
və San Marinodan nümayəndələrin bu tədbirlərdə
iştirak edərək ölkəmizin mədəniyyəti ilə
daha yaxından tanış olmalarını arzuladı.
San Marinonun turizm, idman, iqtisadi
planlaşdırma naziri Fabio Berardi ölkəmizə səfərin
onda xoş təəssürat yaratdığını qeyd
etdi. Nazir turizm sahəsində əlaqələrin hər iki
ölkə üçün əhəmiyyətini
vurğuladı.
Görüşdə turizm sahəsində
ikitərəfli əməkdaşlıq, turizm agentlikləri
üzrə qarşılıqlı təcrübə
mübadiləsi və digər məsələlər ətrafında
fikir mübadiləsi aparıldı.
* * *
Mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev Bolqarıstanın iqtisadiyyat,
energetika və turizm nazirinin müavini İvo Marinovla
görüşdü. Görüşdə iki ölkə
arasında mədəniyyət və turizm sahəsində əlaqələrdən
söz açıldı. Ə.Qarayev Azərbaycanda turizmin
inkişafında və bu sahəni inkişaf etdirmək
üçün görülən işlərdən bəhs
etdi. Nazir Bolqarıstanla Azərbaycan arasında mövcud olan ənənəvi
münasibətlərə də toxunaraq bildirdi ki, bu əlaqələr
daha da genişlənməkdədir. Qeyd olundu ki, bu əlaqələrin
mühüm istiqamətini turizm sahəsi təşkil edir.
Bolqarıstanın iqtisadiyyat,
energetika və turizm nazirinin müavini İ.Marinov
Bakını ilk dəfə gördüyünü və
şəhərin onda gözəl təəssürat
yaratdığını bildirdi. Nazir müavini eyni zamanda Azərbaycanla
turizm sahəsində qarşılıqlı münasibətlərin
və əməkdaşlığın inkişafında
maraqlı olduqlarını bildirdi.
* * *
Dünən nazir Əbülfəs
Qarayevin Ukraynanın Krım Muxtar Respublikasının kurortlar
və turizm nazirinin müavini Nikolay Marinovla da
görüşü oldu. Söhbət zamanı əməkdaşlıq
məsələlərinə toxunuldu. Tərəflər turizm
sahəsində əlaqələrin genişləndirilməsində,
qarşılıqlı turizm səfərlərinin təşkilində
maraqlı olduqlarını bildirdilər.
* * *
Nazirin Latviyanın Turizm
Assosiasiyasının prezidenti Gitendorfa Kitija ilə
görüşündə əsas müzakirə mövzusu turizm
sahəsində əməkdaşlığın inkişaf
etdirilməsi oldu. Qonaq “AİTF-2012” beynəlxalq turizm və səyahətlər
sərgisinin yüksək səviyyədə keçirildiyini
deyərək tədbiri Azərbaycanın bu sahədə
geniş təcrübəyə malik olduğunun göstəricisi
kimi qiymətləndirdi. Öz növbəsində nazir Ə.Qarayev
ölkələr arasında əməkdaşlıq
üçün böyük perspektivlərin olduğunu dedi.
* * *
Nazir Əbülfəs Qarayev
Türkiyə nümayəndə heyətinin üzvlərini də
qəbul etdi. Nümayəndə heyətinə Muğla valisi
Fatih Şahin və Dalaman beynəlxalq hava limanının
baş direktoru Xalid Güvənc daxil idi. Keçirilən
görüş zamanı bir sıra qarşılıqlı
turizm əlaqələri müzakirə edildi. Eyni zamanda
nümayəndə heyəti Azərbaycanla daha geniş iş
birliyi qurmaqda, turizm potensialını tanıtmaqda maraqlı
olduqlarını bildirdilər. Ə.Qarayev də Azərbaycanın
turizm sahəsində təhsil alan tələbələrin gələcəkdə
Türkiyənin bu bölgəsinə getməklə təcrübə
əldə etmələrinin vacibliyini diqqətə çəkdi.
Mehparə
Mədəniyyət.-
2012.- 13 aprel.- S. 3.