İtirilmiş həqiqət”

 

   Qarabağ mövzusunda bədii filmin 3-cü və 4-cü hissələrinin təqdimatı

  

   Aprelin 12-də "Park İnn" hotelində Qarabağ mövzusunda çəkilən “İtirilmiş həqiqət” bədii filminin üçüncüdördüncü hissələrinin təqdimatı keçirildi. Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev filmin əhəmiyyətindən danışdı. Qeyd olundu ki, gənclər arasında vətənpərvərlik ruhunun təbliğində incəsənətin çox böyük rolu var: “İtirilmiş həqiqət” bədii filminin çəkilməsində məqsəd gənclərə vətənpərvərlik ruhunu aşılamaqdır. Biz görürük ki, belə filmlərin istehsalına tələbat var. Mən yaradıcı kollektivə uğurlar arzulayıram. İnanıram ki, “İtirilmiş həqiqət” filmi böyük marağa səbəb olmaqla vətənpərvərlik işinin təbliğinə layiqli töhfə olacaq”.

   Qeyd olundu ki, filmin çəkilişinə Gənclər və İdman Nazirliyi ilə yanaşı, Mədəniyyət və Turizm Nazirliyi, Daxili İşlər Nazirliyi, Rabitə Nazirliyi və digər qurumlar yaxından dəstək göstəriblər.

   Filmin prodüseri, ssenari müəllifi və rejissoru, Azərbaycan Qocyu-Ryu Okinava Karate-doKobudo növləri Federasiyasının prezidenti Tarverdi Allahverdiyevrejissor Rüfət Əsədov ekran əsərinin ərsəyə gəlməsindən danışdılar. Qeyd olundu ki, əlbəyaxa döyüş janrında olan filmin dili sadədir. Filmin 3-cü və 4-cü hissələrinin çəkilişləri iki il davam edib. Müxtəlif məkanlarda aparılan çəkilişlərdə əcnəbi aktyorlar da rol alıb. Çıxış edənlər filmin çəkilişində dəstək göstərən insanlara, nazirlik və təşkilatlara minnətdarlıqlarını bildirdilər.

   Qeyd edək ki, “İtirilmiş həqiqət” bədii filminin 1-ci və 2-ci hissələrinin təqdimatı 2009-cu ildə olub. Filmin Rusiyada, Ukraynada, Yaponiyada təqdimatının keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, filmdə rolları T.Allahverdiyev, Əliqulu Abbasov, Vüqar Həziyev, Vahid Əliyev, Faiq Zeynalov, Loğman Kərimov, Maykl Piter və başqaları ifa edirlər.

  

 

   Ceyhun

 

  Mədəniyyət.-2012.- 13 aprel.-  S. 2.