Bütün dünya-bir sərgi”

 

   “AİTF-2012” sərgisini 7 mindən artıq insan ziyarət edib

  

   Aprelin 12-dən 14-dək Bakıda keçirilən 11-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (“AİTF-2012”) bütövlükdə regionun turizm həyatında əlamətdar hadisə kimi yadda qaldı. Xəzər regionunun turizmmehmanxana sənayesi üzrə inkişaf tendensiyalarını əyani şəkildə əks etdirən sərgidə dünyanın 32 ölkəsinin şirkətlərinin təmsil olunması tədbirin beynəlxalq əhəmiyyətinin bariz təsdiqi idi.

  

   Sərginin proqramı müxtəlif tədbirlərlə zəngin idi

  

   Sərginin ilk günündə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Dünya Turizm Təşkilatı və San-Marino Turizm, İdmanİqtisadi Planlaşdırma Nazirliyi ilə iki mühüm əməkdaşlıq sazişi imzaladı. Birinci sənəd «İpək Yolunun dadı» adlı birgə layihənin gerçəkləşdirilməsini nəzərdə tutur. Sözügedən layihə çərçivəsində bu ilin sentyabrın 6-7-də Bakıda Dünya Turizm Təşkilatı ilə birgə «Kulinariya, Mədəniyyət və Turizm» mövzusunda beynəlxalq konfrans keçiriləcək.

   Bundan əlavə, sərgidə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm Assosiasiyası və “Atlantis Holidays” (Dubay) turizm şirkəti arasında Ərəb körfəzi ölkələrində Azərbaycanın turizm potensialının təbliğatı haqqında əməkdaşlığa dair üçtərəfli saziş layihəsinin bir hissəsi olanAzerbaijan” jurnalının təqdimatı keçirildi.

   “AİTF-2012” sərgisinin işgüzar proqramı müxtəlif tədbirlərlə zəngin oldu. Sərginin birinci gününün ən maraqlı tədbirlərindən biri də “Vışeqrad dördlüyü ölkələrində turizm imkanları” mövzusuna həsr olunmuş seminar oldu. Seminarda Macarıstan, Polşa, Slovakiya və Çexiyanın milli turizm idarələrinin, həmçinin bu ölkələrin nüfuzlu daxili turizm şirkətləri, mehmanxana şəbəkələri, kurortları və aviaşirkətlərinin nümayəndələri iştirak etdilər. Bundan əlavə, Tailand və Xorvatiyanın da təqdimat mərasimləri keçirildi. Bu təqdimatların əsas məqsədi Azərbaycan turistləri arasında hələ ki, bir o qədər də məşhur olmayan bu ölkələrin turizm imkanları haqqında mümkün qədər geniş məlumat vermək idi. Sərginin turoperatoru olan “SW Travel” (Azərbaycan) şirkətinin yeni məhsulu - turların “onlaynbron sisteminin təqdimatı isə peşəkarlar tərəfindən xüsusi maraqla qarşılandı.

   Sərgi çərçivəsində Azərbaycan Futbol Assosiasiyaları Federasiyası (AFFA) bu ilin payız aylarında Bakıda 17 yaşa qədər qızlar arasında keçiriləcək futbol üzrə dünya çempionatının rəsmi talismanına ad verilməsinə həsr olunmuş mərasim keçirdi. Həmçinin “AİTF” sərgisinin internet tərəfdaşı olan infotour.az portalı tərəfindən təşkil edilmiş və Azərbaycanda turizmə həsr olunan ilk internet-viktorinanın qaliblərinə mükafatlar təqdim olundu.

  

   Rekord sayda iştirakçı

  

   “AITF-2012” dünyanın 32 ölkəsindən turizmin ümumilikdə 62 istiqamətini təqdim edən 201 şirkəti bir araya gətirdi və bu, sərginin 11 illik tarixində rekord göstərici oldu. Bu il sərgi Azərbaycan, Bolqarıstan, Gürcüstan, Dağıstan, Stavropol diyarı (Rusiya), Hindistan, Şimali Kipr, Krım, Litva, Malayziya, Sloveniya, Türkiyə, Çexiya, Dubay Əmirliyi, Xorvatiya, Tailand, MavrikiSeyşel adalarından 15 milliregional ekspozisiyanı qəbul etdi. Qətər, Polşa, Vyetnam, SlovakiyaXorvatiya isə builki sərginin debütantları oldular. Türkiyə ardıcıl olaraq üçüncü il sərginin tərəfdaş ölkəsi qismində, Bolqarıstan isə ilk dəfə “AİTF” sərgisində qonaq ölkə kimi iştirak etdi. Üç gün ərzində «AİTF-2012»ni 7 mindən artıq insan ziyarət etdi.

   Müalicə turizminin maraqlı və geniş ekspozisiyası builki sərginin fərqli xüsusiyyətlərindən biri oldu. Bolqarıstan, Sloveniya, Çexiya, Litva, Rusiya (Stavropol diyarı), Ukrayna (Truskavets, Krım sanatoriyaları) öz məşhur müalicə mərkəzləri və termal sularını təqdim etdilər.

  

   * * *

 

   “AİTF” sərgisi ilə paralel olaraq İtaliya, Almaniya, Belçika, Rusiya, Türkiyə və Fransadan olan aparıcı şirkətlər tərəfindən mehmanxanalar, restoranlar və hotellər üçün peşəkar mətbəx-camaşırxana avadanlıqları, məişət kimyası, parçaeksklüziv qab-qacaq, mehmanxanalar üçünonlaynbron və “onlayn" ödəniş kimi informasiya texnologiyaları və s. məhsulları təqdim edən 6-cı Beynəlxalq “Mehmanxanalar, restoranlar və supermarketlər üçün avadanlıq və ləvazimatlar” sərgisi (“HOREX Azərbaycan”) keçirildi. Sərgidə qonaqpərvərlik sənayesinin “La Cimbali”, “Santos”, “Robot Coupe”, “Rational”, “Winterhalter”, “Karma-Global”, “Rotondi”, “Scotsman”, “Modular”, “Bonnet”, “Sagi SPA”, “Rovabo”, “Danube International”, “Muehldorfer” və “Ingrid Lesage Creationskimi məşhur brendləri və digər şirkətlər təqdim olunurdu.

  

 

   Fəxriyyə

 

  Mədəniyyət.- 2012.- 18 aprel.- S. 9.