Masallıda “Folklor Paytaxtı” tədbirlərinə
start verildi
Xəbər verdiyimiz kimi, Mədəniyyət və
Turizm Nazirliyinin “Azərbaycanın xalq yaradıcılığı paytaxtları»
proqramı (2010-2014) çərçivəsində
Masallı şəhəri
2012-ci ildə “Azərbaycanın
Folklor Paytaxtı” elan edilib. Bununla bağlı rayonda təşkilat komitəsi yaradılıb və tədbirlər planı hazırlanıb.
Aprelin 14-də Masallı şəhərində yeni
istifadəyə verilmiş
“Gənclər Mərkəzi”ndə
“Masallı Azərbaycanın
Folklor Paytaxtıdır”
mövzusunda tədbir
keçirilib. Tədbirdə Milli Məclisin deputatları, Mədəniyyət
və Turizm Nazirliyinin məsul işçiləri, foklorşünas
alimlər, rayon rəhbərliyi,
ictimaiyyət nümayəndələri,
incəsənət ustaları
iştirak ediblər.
Mərasimdə
çıxış edən
Masallı Rayon İcra
Hakimiyyəti başçısının
müavini Nəsir Muxtarlı, Milli Məclisin deputatları
Elmira Axundova, Sabir Rüstəmxanlı, Nəriman
Əliyev, Mədəniyyət
və Turizm Nazirliyinin Mədəniyyət
siyasəti şöbəsinin
müdiri Fikrət Babayev, Xalq artisti
İlham Əsgərov,
Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun direktoru Muxtar İmanov bütün masallılıları bu əlamətdar hadisə münasibətilə təbrik
ediblər.
Mədəniyyət
və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev “Folklor Paytaxtı”nın kubokunu və loqosunu təşkilat komitəsinin sədri Nəsir Muxtarlıya təqdim edib.
Tədbirin sonunda rayonun
“Halay” folklor kollektivi rəngarəng rəqs nömrələri
ilə çıxış
edib, ölkəmizin folkloruna və mədəniyyətinə həsr
edilmiş film nümayiş
olunub.
Mədəniyyət.- 2012.-
18 aprel.- S. 5.