Kitabxanada görüş

 

   Yasamal rayon MKS-nin 3 saylı filialında Bakı Dövlət Universitetinin müəllimi, kitabxanaşünaslıq və nəşriyyat işi kafedrasının müdiri şair, publisist Knyaz Aslanla oxucuların görüşü olub.

   Şuşa Humanitar Kollecinin tələbələri və kitabxana işçilərinin birgə təşkil etdiyi tədbirə Bakı Dövlət Universitetinin tələbələri də dəvət olunmuşdular. Kitabxananın müdiri Arzu Xudayarova tədbiri açaraq qonaqları salamlayıb. Murad Şəmsizadə tələbəsi Knyaz Aslan barədə xatirələrini söyləyib. BDU-nun Kitabxana-informasiya fakültəsinin dekan müavini Elçin Əhmədov oxucuların mədəni səviyyələrinin yüksəldilməsində informasiya tələbatının ödənilməsində kitabxanaların rolundan danışıb. Kitabxanalarda belə tədbirlərin əhəmiyyətini vurğulayıb.

   Knyaz Aslanın dostu filosof Asif Ozan tələbəlik həyatından maraqlı faktlar danışıb. Tədbir şeir və mahnı parçaları ilə davam edib. Şuşa Humanitar Kollecinin çalğı qrupu musiqi nömrələri təqdim edib.

 

 

   Mədəniyyət.- 2012.- 20 aprel.- S. 4.