Dünyanı bir araya gətirən kitablar
London
Kitab Sərgisi
Bu sərgidə 100-ə yaxın ölkənin ən nəfis kitabları dil açıb ölkələri,
xalqları, mədəniyyətləri,
incəsənətləri, tarixləri, mətbəxləri,
ədəbiyyatları haqqında
danışdılar. Kitab sənətinin
son nailiyyətləri də
bu sərgidə nümayiş olundu.
Xəbər verdiyimiz kimi,
aprelin 16-dan 18-dək Britaniya
paytaxtında dünyanın
ən böyük kitab bayramlarından olan ənənəvi
London Kitab Sərgisi
(London Book Fair) keçirilib. Dünyanın 100-ə yaxın ölkəsinin iştirak etdiyi tədbirdə ölkəmizi mədəniyyət
və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik
etdiyi nümayəndə
heyəti təmsil edib. Nümayəndə
heyətinə nazirliyin
Nəşriyyat, reklamın
təşkili və informasiya şöbəsinin
müdiri Vaqif Bəhmənli, şöbənin
məsləhətçisi Elbəy Əli, “Şərq-Qərb” ASC-nin
müşahidə şurasının
sədri Abdulla Əsgərov,
onun müavini Anar Namazov, Beynəlxalq
Avrasiya Mətbuat Fondunun və “Avrasiya press” nəşriyyatının
sədri Umud Rəhimoğlu daxil idi.
Sərgi zəngin təəssüratlarla
yadda qalıb.
“Sərgidə ölkəmizə
böyük marağın
şahidi olduq”
Elbəy Əli, Mədəniyyət
və Turizm Nazirliyinin Nəşriyyat,
reklamın təşkili
və informasiya şöbəsinin məsləhətçisi:
- Ölkəmiz
London Kitab Sərgisində
2009-cu ildən iştirak
edir və qeyd edim ki,
bu sərgilərdə
ölkəmizin icarəyə
götürdüyü stendlərin
sahəsi də ilbəil genişlənir.
2009-2010-cu illərdə kitablarımız
6, 2011-ci ildə isə
10 kvadratmetr sahədə
nümayiş olunmuşdusa,
bu il
21 kvadratmetrlik stend icarəyə götürülmüşdü.
Bu artım sərgidə
ölkəmizə, mədəniyyətimizə,
tariximizə böyük
marağın nəticəsidir.
Sərgidə Azərbaycan,
ingilis və rus dillərində nəşr olunan və müxtəlif sahələri əhatə
edən 200 adda 500 nüsxə çap məhsullarımız nümayiş
olunurdu. Dövlətçiliyimizə, tariximizə, Qarabağa,
zəngin mədəniyyət
və incəsənətimizə
həsr olunmuş nəfis tərtibatlı çap məhsulları sərgi iştirakçılarının
böyük marağına
səbəb oldu.
Ölkəmiz haqqında
müxtəlif jurnallar,
turistlər üçün
bələdçi xarakterli
bukletlər, kitabçalar,
xəritələr, CD-lər
və s. iştirakçılara
hədiyyə olundu. Sevindirici haldır ki, sərgi iştirakçılarına
Azərbaycanda gedən
inkişaf prosesindən,
quruculuq işlərindən,
mədəniyyətimizin qədim
tarixindən, eyni zamanda Qarabağ problemindən informasiyalar çatdırılırdı. Hər zaman olduğu kimi, bu sərgidə
də ölkənin müxtəlif nəşriyyatlarının
çap məhsulları
nümayiş olunurdu.
Prezidentin sərəncamı ilə kütləvi tirajla nəşr olunmuş dünya ədəbiyyatı nümunələrinə,
2012-ci ildə yubileyi keçiriləcək dahi
sənətkarlar N.Gəncəvi,
M.F.Axundzadə, M.Ə.Sabir,
Ə.Cavad və H.Cavidin əsərlərinə
xüsusi yer ayrılmışdı.
- Sərgidə
hansı ölkənin
çap məhsulları
xüsusi maraq doğurdu?
- Budəfəki
London Kitab Sərgisinin
fəxri qonağı
Çin Xalq Respublikası idi. Onlar çox böyük ərazidə öz ölkələrinin tarixlərini,
mədəniyyətlərini təqdim edirdilər.
Kitablarının yüksək poliqrafiyası,
çap işi sahəsində əldə
etdikləri nailiyyətlər
maraq doğururdu.
Müşahidələrimə əsasən deyə
bilərəm ki, dünyada elektron kitaba maraq, tələbat
artır və getdikcə kitab bazarında üstünlük
qazanır. Belə ki,
bir elektron kitabda iki minə
yaxın ənənəvi
kitabın materialını
çox rahat yerləşdirməklə yanaşı,
istədiyin yerə apara da bilərsən.
Kitab sərgilərində müşahidə
etdiyim məqamlardan biri də nəşriyyatların
fərdi şəkildə
bu cür tədbirlərdə iştirakıdır.
Bu sərgidə də müxtəlif ölkələrin nəşriyyatlarının
sıx əməkdaşlığının
şahidi olduq. Nəşriyyatlar bir-biriləri ilə
danışıqlar aparır,
anlaşmalara imza atır, birgə layihələr həyata keçirməyi planlaşdırırdılar.
- Sərgidə
əsasən hansı
mövzulu və formatlı kitablara üstünlük verilirdi?
- Müşahidələr
və söhbətlər
zamanı məlum oldu ki, müasir
oxucu daha çox yumşaq cildli, kiçik ölçülü, necə
deyərlər, cibdə
daşınması mümkün
olan nəşrlərə
və elektron kitablara həvəs göstərir.
- Beynəlxalq kitab sərgilərində
iştirak etmək, yəqin ki, ölkəmizdə fəaliyyət
göstərən nəşriyyatların
işinə müsbət
təsir edir...
- Mədəniyyət
və Turizm Nazirliyi hər il müxtəlif
kitab sərgilərində
iştirak edir, həmin sərgilərdə
müxtəlif nəşriyyatlar
da təmsil olunur. Nəşriyyatlarımız dünyada gedən
prosesləri yaxından
izləməyə, müəyyən
örnəkləri öz
işlərində tətbiq
etməyə, özlərinə
beynəlxalq tərəfdaşlar
tapmağa imkan qazanırlar. Hesab edirik
ki, bu, Azərbaycanda
nəşriyyat işinin
inkişafına çox
müsbət təsir
göstərir.
- Ümumiyyətlə,
beynəlxalq sərgilərdə,
festivallarda iştirak etmək həm də ölkəmizin təbliğinə xidmət
edir...
- Əlbəttə.
London Kitab Sərgisi də ölkəmizlə maraqlanan, onu görmək, mədəniyyətimizlə
tanış olmaq istəyən insanlara bir imkan
yaratdı ki, onlar kitablar vasitəsilə bizi daha da yaxından
tanısınlar. Bu sərgi vasitəsilə də yeni dostlar
qazandıq, nəşriyyatlarımız
isə yeni əlaqələr, əməkdaşlıqlar
qurmağa imkan tapdılar. Ölkəmizə böyük marağın
şahidi olduq. Sərgi ölkəmizə artan maraqla və onun haqqında doğru-düzgün məlumatları
bilən insanların sayının getdikcə çoxalması ilə yadda qaldı.
“Kitablarımız dizaynı
və mövzu rəngarəngliyi ilə diqqəti cəlb etdi”
Anar Namazov, “Şərq-Qərb”
ASC-nin baş direktorunun müavini:
- Hər il Böyük
Britaniyanın paytaxtı
Londonda ənənəvi
olaraq kitab sərgisi keçirilir. “Reed Exhibitions” şirkətinin təşkilatçılığı ilə keçirilən builki sərgidə dünyanın əksər
dövlətlərindən 23 minə qədər iştirakçı və
media nümayəndələri iştirak edirdi. Sərgidə “Şərq-Qərb” nəşriyyat evinin və digər nəşriyyatların nəşr
etdikləri çap məhsulları nümayiş
etdirildi. Azərbaycan tarixinə,
mədəniyyətinə, elminə aid kitablar iştirakçıların böyük
marağına səbəb
oldu. Bundan başqa, uşaq
ədəbiyyatı və
ensiklopediyaları, Prezident
İlham Əliyevin sərəncamı ilə
nəfis şəkildə
çap olunmuş dünya ədəbiyyatı
seriyasından nəşr
əsərləri öz
dizaynı və mövzu rəngarəngliyi
ilə ziyarətçiləri
cəlb etdi. İngilis dilinə tərcümə
olunmuş kitablara maraq daha böyük
idi. Sərgidə İngiltərənin “Thames and
Hudson”, Çexiyanın “Findir”,
Braziliyanın “Cedic” nəşriyyatları və
ingilis tərcüməçi
Silvia Parnell ilə birgə
əməkdaşlığa dair ilkin danışıqlar
aparıldı.
“Sərgilər qarşılıqlı
təcrübə mübadiləsi
üçün mühüm
imkandır”
Umud Rəhimoğlu, Beynəlxalq
Avrasiya Mətbuat Fondunun sədri:
- Dünyanın
ən nəhəng kitab naşirlərinin toplaşdığı beynəlxalq
kitab sərgisində Azərbaycanın iştirakı,
sözsüz ki, çox əlamətdar hadisədir. Belə sərgilərdə iştirak etmək kitab nəşri sahəsində təcrübəmizin
artmasına, bu istiqamətdə müasir
texnologiyalardan istifadə
metodları ilə tanışlığa, dünyanın
aparıcı kitab nəşriyyatları ilə
əlaqələrin qurulmasına
və inkişaf etdirilməsinə xidmət
edir.
Biz bu
sərgi günlərində
Türkiyə, Rusiya,
Belarus və digər ölkələrdən olan
nəşriyyatlarla təcrübə
mübadiləsi apardıq.
Sərgidə Azərbaycanın bir çox nəşriyyatlarının nümunələri,
o cümlədən Heydər
Əliyev Fondu tərəfindən çap
edilmiş yüksək
səviyyəli nəşrlər
nümayiş etdirilirdi.
Sərgiyə gələn qonaqlar, nəşriyyat nümayəndələri
Azərbaycan kitablarının
nümayiş olunduğu
köşkün qarşısında
ayaq saxlayır, müxtəlif nəşrlərimizlə
yaxından tanış
olurdular. Biz sərgidə
Beynəlxalq Avrasiya Mətbuat Fondunun nəzdində fəaliyyət
göstərən “Avrasiya-Press”
nəşriyyatının Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında”
12 yanvar 2004-cü il tarixli sərəncamı,
Mədəniyyət və
Turizm Nazirliyinin sifarişi ilə çap olunmuş kitablarla iştirak edirdik.
Qeyd etməliyəm ki,
Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən ölkəmizdə
kitab sərgilərinin
keçirilməsi artıq
ənənə halını
alıb. Bütün bunlar,
söz yox ki, ədəbiyyatımızın
inkişafına xidmət
edən çox ciddi amildir. Heç kəsə sirr deyil ki, məlum
hadisələrdən sonra
ölkəmizdə kitaba
maraq azalmışdı,
oxucu qıtlığı
yaranmışdı, amma
bu gün oxucu kitab axtarır.
Bu, dövlətimizin kitab işinə göstərdiyi diqqətin
nümunəsidir.
Sonda qeyd etmək
istərdim ki, belə yüksək nüfuzlu sərgidə iştirakımızın bundan
sonrakı fəaliyyətimizə
böyük köməyi
olacaq.
Təranə Vahid
Mədəniyyət.-
2012.- 25 aprel.- S. 9.