Yeni üsulların tətbiqi vacibdir
Mədəniyyət
işçilərinin ixtisasartırma kurslarının
növbəti mərhələsi bu məqsədə xidmət
edirdi
Xəbər
verdiyimiz kimi, Respublika Mədəniyyət Müəssisələri
İşçilərinin Hazırlıq və
İxtisasartırma Mərkəzi rayon və şəhər mədəniyyət
və turizm şöbələrinin müdirləri
üçün kurslar keçirir. Mədəniyyət və
Turizm Nazirliyinin məsul işçilərinin iştirak etdiyi
kurslar 2 mərhələdə olmaqla aprelin 2-dən 23-dək
davam edib.
Aprelin 23-də M. F. Axundzadə
adına Milli Kitabxanada kursun son görüşü
keçirildi. Şəhər və rayon mədəniyyət
və turizm şöbələri qarşısında
bu dəfə məruzə ilə Mədəniyyət və
Turizm Nazirliyi Aparatının rəhbəri
Firudin Qurbanov çıxış etdi.
Son illər ölkədə
aparılan mədəniyyət
siyasəti, dövlətin
bu istiqamətə qayğısı, mədəniyyət
və turizm sahələrinin paralel inkişafı, bununla bağlı Prezident İlham Əliyev tərəfindən imzalanan
fərman və sərəncamlar barədə
danışan natiq milli mədəniyyətimizin
dünyada təbliğinə
yönələn məqsədyönlü
işlər barədə
iştirakçılara dolğun
məlumat verdi.
Qeyd olundu ki, ölkəmizdə, bütün
sahələrdə olduğu
kimi, mədəniyyət
və turizm sahəsində də mühüm layihələr,
dövlət proqramları
həyata keçirilir.
İncəsənət sahəsində gerçəkləşən
böyük layihələrdən
söz açan natiq Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Beynəlxalq
Muğam Festivalını,
Qəbələ Beynəlxalq
Musiqi Festivalını,
Bakı Beynəlxalq Caz Festivalını xüsusi qeyd etdi. Azərbaycanın maddi və qeyri-maddi mədəniyyət
nümunələrinin UNESCO-nun müvafiq siyahılarında
yer aldığını
deyən natiq bu faktların milli mədəniyyətimizin
dünyada daha geniş tanınmasına töhfə olduğunu vurğuladı.
Milli teatr sənətinə
dövlət qayğısından
da söz açan aparat rəhbəri bu sahədə əldə olunan inkişafı rəqəm və faktlarla diqqətə çatdırdı.
Məruzədə mədəniyyət siyasəti və onun uğurlu həlli yollarından da danışıldı.
Muzey işi və kitabxana sahəsində qəbul olunan qərarların, yaradılan
qanunvericilik bazasının
bu sahələrin inkişafına müsbət
təsir göstərdiyi
vurğulandı.
Mədəni irslə bağlı
aparılan işlər
barədə kurs iştirakçılarını məlumatlandıran F.Qurbanov
ölkə başçısının
sərəncamı ilə
yaradılan 4 yeni tarix-mədəniyyət qoruğunun
fəaliyyətindən də
söz açdı.
Azərbaycan kinematoqrafiyasının da inkişaf yolunda olduğu qeyd olundu, son 8 ildə çəkilən
filmlərin statistikası
diqqətə çatdırıldı.
Bildirildi
ki, bu müddətdə
26 tammetrajlı, 70-dən artıq
sənədli film ekranlaşdırılıb,
filmlərimiz 40-a yaxın
ölkədə 90-dan artıq
festivalda iştirak edib.
Çıxışda nəşriyyat işi
sahəsində görülən
işlərdən ətraflı
söz açıldı,
Bakıda 2009 və
2011-ci illərdə keçirilən
beynəlxalq kitab sərgi-yarmarkaları, bu yaxınlarda keçirilmiş
reklam və mədəniyyət mövzusunda
beynəlxalq konfrans haqqında danışıldı.
Elm və
təhsil istiqaməti,
eləcə də beynəlxalq mədəni əməkdaşlıqla bağlı
həyata keçirilən
işlər barədə
dinləyicilərə geniş
məlumat verildi, investisiya və beynəlxalq proqramların
icrasına da toxunuldu.
Azərbaycanın prioritet istiqamətlərindən
olan turizm sahəsində son illərdə
əldə olunan irəliləyişlər, inkişaf
tempi konkret faktlarla diqqətə çatdırıldı.
F.Qurbanov mədəniyyət müəssisələrinin mövcud
problemləri barədə
fikirlərini də bölüşdü, xüsusən
rayonlarda mədəniyyət
sahəsi ilə bağlı müəyyən
nöqsanların qaldığını
bildirdi.
Aparat rəhbəri qarşıda
duran vəzifələri
konsepsiya halında şöbə müdirlərinə
izah etdi. O, müasir mərhələdə
mədəniyyət sahəsinin
idarə olunmasının
mühüm cəhətlərini
dilə gətirərək
yalnız sistemli işin uğura apara biləcəyini xatırlatdı. Yerlərdə
əhali arasında mədəni xidmətlərə
tələbatın yüksək
olmaması üzərində
xüsusilə dayanmaqla
bu faktın ciddi nöqsan olduğunu dedi. Bunun həlli üçün əhali arasında mədəni tədbirlərə
marağı artırmağı,
mədəniyyət evləri,
kitabxana və muzeylərin əhalinin asudə vaxtının təşkilində önəmli
yer tutması üçün həmin müəssisələrin özlərinin
təbliğata maraq göstərməli olduqlarını
diqqətə çatdırdı.
«Mədəniyyətin
inkişaf məqsədləri
cəmiyyətin nail olmaq
istədiyi məqsədlərlə
uyğun olmalıdır»
deyən məruzəçi
yerlərdəki mədəniyyət
və turizm təmsilçilərinin əsas
diqqətini bu istiqamətə yönəltdi.
Məruzədə
bu istiqamətdə əsas vəzifələr
də sadalandı: «Şəhər və rayonlarda mədəniyyət
təmsilçiləri və
mədəniyyət müəssisələrinin
nüfuzunun yüksəldilməsi
vacib amillərdəndir.
Başqa
bir məqam isə şəhər və rayonlarda yaradıcı proseslərin
müxtəlifliyinin və
dəyərliliyinin yüksəldilməsi
və onun dəstəklənməsi ilə
bağlıdır. Hər bir
rayon mədəniyyət və
turizm şöbəsinin
rəhbəri ərazidə
yaşayan sənətkarları
diqqət mərkəzində
saxlamalı, fəaliyyətlərini
stimullaşdırmaq üçün
müvafiq işlər
görməli, onlara mənəvi dəstək
nümayiş etdirməlidir».
Mədəniyyət müəssisələri qarşısında qoyulan
tələblərin icrası
və kadr siyasətinin düzgün
təşkili barəsində
də söhbət açılan görüşdə
bu məsələ ilə bağlı müvafiq istiqamətlər
müzakirə olundu.
Bildirildi
ki, mədəniyyət
sahəsində xidmətlərin
modernləşdirilməsi, mədəniyyətin təlim
rolunun artırılması,
aztəminatlı ailələr
və fiziki cəhətdən qüsurlu
insanlar üçün
yaradıcılıq fəaliyyəti
və mədəni xidmətlər üçün
müəyyən şəraitin
yaradılması, tarixi-mədəni
irsin, eləcə də mədəniyyətin
davamlı inkişafının
qorunub saxlanması vacib şərtlərdəndir.
Bu mənada mədəniyyət
müəssisələrində maliyyə-təsərrüfat fəaliyyəti
və idarəetmənin
təkmilləşdirilməsi məsələlərinə daim
diqqət yetirilməlidir.
Kursun yekunlaşması ilə bağlı təəssüratlarını
bizimlə bölüşən
Respublika Mədəniyyət
Müəssisələri İşçilərinin
Hazırlıq və İxtisasartırma Mərkəzinin
direktoru Ramazan Şabanov belə görüşlərin təcrübə
mübadiləsinin təşkilində
mühüm rol oynadığını dedi:
«İki qrupa bölünməklə hər
biri 10 gün davam edən bu qısamüddətli kurslar nəzəri və praktiki aspektdə davam etdi. Ümumilikdə 54 rayonun təmsil
olunduğu kurslar, yəqin ki, yerlərdə işin təşkilində, mədəniyyət
siyasətinin tətbiqində
öz sözünü
deyə biləcək».
Yerlərdə
mədəniyyət siyasətinin
tətbiqi və yeni fəaliyyət modelinin formalaşması üçün bu kursların vacib olduğunu deyən kurs iştirakçılarından
olan Kürdəmir, Biləsuvar və Sabirabad rayonlarının mədəniyyət və
turizm şöbələrinin
rəhbərləri Vaqif
Alıyev, Rəfiqə
Cəfərova və Əhməd Ramazanov bu tədbirlərin onların fəaliyyətlərinə
müsbət təsir
edəcəyini bildirdilər.
Həmidə Nizamiqızı
Mədəniyyət.- 2012.- 25 aprel.-
S. 7.