Kitabxanada oxucu konfransı
Aprelin 25-də Binəqədi Rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin (MKS) təşkilatçılığı
ilə Binəqədi qəsəbə Mərkəzi Mədəniyyət
Evində “Narkomanlıqla mübarizə hər birimizin vəzifəsidir”
mövzusunda oxucu konfransı keçirildi.
Binəqədi qəsəbə
icra nümayəndəsinin müavini Kənan Mustafazadə
narkomaniyanın bütün dünyada ağır ictimai fəsadlar
doğuran bəla olduğunu bildirdi. Tədbirdə iştirak
edən məktəblilərə müraciət edərək
bu bəladan uzaq durmağı, narkomaniyaya aludəçiliyin onların
həyatında hansı nəticələrə gətirəcəyini
öncədən düşünməyi tövsiyə etdi.
35 saylı şəhər
poliklinikasının həkim-nevropatoloqu Rövşən Həsənov
narkomaniyanın gənclər arasında daha çox
yayıldığını dedi. Narkomaniya özü ilə
bir çox sağalmaz və ağır xəstəliklərə
yol açdığını, HİV-ə, hepatitə yoluxma
hallarının baş verdiyini bildirdi. Narkotik maddələrin
növləri, onların törətdiyi fəsadlar haqqında
danışdı.
“AİDS-lə mübarizə”
İctimai Birliyinin nümayəndəsi Ehtiram Paşayev
narkomaniyanı cəmiyyət üçün böyük təhlükə
adlandırdı. Ona görə də narkotik maddə istifadəçilərinə
bu aludəçilikdən qurtulmaq üçün kömək
göstərmək lazımdır. Qeyd olundu ki, hazırda Azərbaycanda
HİV virusu daşıyıcılarının 62,2 %-i məhz
narkotik yolla bu xəstəliyə yoluxub.
Binəqədi qəsəbə məscidinin
axundu Hacı Şahbala məktəb müəllimlərinin
uşaqları narkomaniya ilə bağlı məlumatlandırmasının
vacibliyini vurğuladı. Uşaqları sağlamlığa
ziyan vuran bəlalardan uzaq olmağa çağırdı.
179 saylı orta məktəbin
müəllim-psixoloqu Cəmilə Əlvəndova, Binəqədi
rayon MKS-in 4 saylı filialının müdiri Yusif Seyidov da
çıxış edərək, narkomaniyanın cəmiyyətdə
törətdiyi neqativ hallardan danışdılar. Məktəbli
oxucular mövzu ilə bağlı müxtəlif
çıxışlar etdilər.
Sonda narkomaniya mövzusu ilə əlaqədar
toplanmış nəşr nümunələri sərgiləndi.
Fəal oxucuların rəsmləri nümayiş olundu. Məktəblərə
narkomaniyaya qarşı mübarizə ilə bağlı
maarifləndirici vəsaitlər paylandı.
Reyhan
Mədəniyyət.-
2012.- 27 aprel.- S. 4.