“Narkomaniyaya
yox deyək!”
Uşaq Kitabxanası məktəblilər
üçün maarifləndirici tədbir keçirdi
Aprelin
26-da F.Köçərli adına Respublika Uşaq
Kitabxanasında «Narkomaniyaya yox deyək!» adlı tədbir
keçirildi. Məktəblilərin maariflənməsi məqsədilə
keçirilən tədbiri kitabxananın direktoru Fizurə
Quliyeva açaraq, narkomaniyanın əsrin ən dəhşətli
xəstəliyi olduğunu bildirdi.
Kitabxananın elmi işlər
üzrə direktor müavini Zahirə Dadaşova bu bəlanın
yeniyetmə və gənclər arasında daha geniş
yayıldığını diqqətə çatdıraraq,
buna qarşı zəruri təbliğat və maarifləndirmə
işinin genişləndirilməsinin vacibliyini
vurğuladı. Z.Dadaşova statistik məlumatları təqdim
etdikdən sonra hazırladığı slayd şounu təqdim
etdi. “Öz həyatını zəhərləmə,
yaşamaq üçün hə de», «Həyatını məhv
etmə», «Həyatı sev və insan kimi yaşa», «Mütaliə
edək» kimi şüarların yer aldığı
slayd-şouda narkomaniya bəlasının yaranması,
yayılması və dəhşətli nəticələri əksini
tapmışdı.
Tədbirdə daha sonra Bakı
Şəhər Narkoloji Dispanserin həkimi Təriqə
Quliyeva çıxış edərək bildirdi ki, yeniyetmələr
bir çox hallarda problemini çözmək
üçün içki, siqareti çıxış yolu
seçirlər. O, daha sonra məktəblilərin
suallarını cavablandırdı.
Tədbir zamanı uşaqlar erkən
yaşlarında narkotik aludəçisi olaraq AİDS-ə
yoluxan gənclərdən alınan müsahibələrlə
də tanış oldular. Sonda məktəblilər arasında
mövzu ilə bağlı sual-cavab yarışı
keçirildi. Mövzunu daha yaxşı anlayan və onu ifadə
edənlərə kitabxana tərəfindən hədiyyələr
təqdim olundu.
Gülər
Mədəniyyət.-
2012.- 27 aprel.- S. 4.