“Can bizimkilər”: Mingəçevir
Dram Teatrında premyera
Aprelin 24-də Mingəçevir Dövlət Dram Teatrında
dövlət sifarişi
ilə hazırlanan yeni tamaşanın premyerası oldu. M.F.Axundzadənin əsərləri
əsasında səhnələşdirilən
“Can bizimkilər” adlı
kollaj-tamaşaya teatrın
baş rejissoru Günay Səttarova quruluş verib. Səhnə əsərinin quruluşçu
rəssamı Xalq rəssamı Nazim Bəykişiyev, bəstəkarı
Əməkdar incəsənət
xadimi Sərdar Fərəcovdur.
Tamaşa böyük yazıçı-dramaturqun
200 illik yubileyinə həsr olunub. Premyerada teatrın yaşlı nəslinin nümayəndələri
ilə bərabər gənc aktyor heyətinin də iştirakı fərəh
doğurdu. Tamaşada
Əməkdar artist Akif
Mirabov, Zülfü Məmmədov, Şıxı
Yaqubov, Elmira İbrahimova,
Afət Əliyeva, gənc aktyorlardan Sevinc Şirinova, Eyvaz Əliyev, İlqar Rəhimov, Afiq Yusifov və
başqaları iştirak
edirdi.
Hər premyerada yeni bir uğura imza atan Mingəçevir
Dövlət Dram Teatrı
may ayının 15-də italyan
dramaturqu Eduardo de Filipponun
“Ruhlar” komediyasını
teatrsevərlərə təqdim
etməyi planlaşdırır.
Tamaşanın rejissoru Bakıdan
dəvət olunmuş
Sahib Ağayev, quruluş
rəssamı isə Yusif İmamverdiyevdir.
Esmira Hacıyeva
Mədəniyyət.-
2012.- 27 aprel.- S. 4.