Milli təsviri sənətimiz təbliğ olunur

 

   2009-cu ildən fəaliyyət göstərən Bakı Xətai Sənət Mərkəzi Azərbaycan təsviri sənətinin inkişafına, təbliğinə töhfələr verən bir məkan kimi tanınmaqdadır. Son vaxtlar mərkəz həm də oxuculara xüsusi bülletenlərini təqdim etməkdədir. Bakı Xətai Sənət Mərkəzinin orqanı kimi işıq üzü görən sənət bülletenində mərkəzdə təşkil edilən tədbirlər geniş şəkildə işıqlandırılır. Nəşr Azərbaycan təsviri sənətində yer alan yeni istedadların, gənc və yaşlı nəslin nümayəndələrinin tanınması, o cümlədən təsviri sənət dünyasında baş verən yeniliklərin oxuculara çatdırılmasında mühüm rol oynayır.

 

 

  Mədəniyyət.- 2012.- 1 avqust.- S. 2.