Ankarada keçirilən beynəlxalq Ramazan festivalında Azərbaycan gecəsi

 

   Türkiyənin paytaxtı Ankaranın Keçiörən rayonunda davam edən ənənəvi beynəlxalq Ramazan festivalı çərçivəsində Azərbaycan gecəsi keçirilib.

   Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırovun, Keçiörən bələdiyyəsinin sədri Mustafa Akın, Sumqayıt bələdiyyəsinin nümayəndələrinin iştirak etdikləri mərasimdə çıxış edənlər iki qardaş ölkə arasında əlaqələrdən bəhs ediblər. Bildirilib ki, müqəddəs Ramazan ayı Azərbaycan Türkiyə xalqları üçün olduqca əzizdir. Bu ayda birgə olmaq həmrəylik nümayiş etdirmək çox əhəmiyyətlidir.

   Geniş meydanda Azərbaycan Türkiyənin incəsənət ustalarının konserti təqdim olunub. Keçiörən Bələdiyyəsi Konservatoriyasının folklor qrupu Azərbaycan rəqslərini, ölkəmizdən gəlmiş muğam ustaları isə milli muğam nümunələrimizi ifa ediblər.

   Sonra diplomatlarımız Keçiörən rəsmiləri festival çərçivəsində təşkil edilənAzərbaycan eviilə tanış olublar. Burada milli xalçalarımız, rəssamlarımızın əsərləri, ölkəmizin uğurlarını əks etdirən eksponatlar nümayiş etdirilib.

 

 

   Mədəniyyət.- 2012.- 1 avqust.- S. 3.