Azərbaycanlı pianoçu Yaponiyada çıxış edib

 

   İyulun 27-də Yaponiyanın Yokohama şəhərinin “San hato” konsert salonunda azərbaycanlı pianoçu, beynəlxalq müsabiqələr laureatı Gülnarə Səfərovanın konserti olub. “Piano Yokoyama” musiqi məktəbinin təşkilatçılığı ilə keçirilən konsertdə Avropa, Azərbaycan və Yaponiya bəstəkarlarının klassik musiqi əsərləri səslənib. İohan Sebastyan Baxın “Çakona”, Debussinin “Prelüdlər”, Xəyyam Mirzəzadənin “Ohne”, Akira Nişimuranın “İşıq və sükut” və Piazollanın “Alfredo Qobbinin səyahəti” əsərlərinin məharətli ifası tamaşaçıların gurultulu alqışları ilə qarşılanıb. Konsertdə azərbaycanlı ifaçı ilə bərabər, yapon pianoçu Ryu Saito da çıxış edib.

   Yaponiyada ikinci dəfə çıxış etdiyini bildirən Gülnarə Səfərova bu konsertlərlə Azərbaycan mədəniyyətinin Yaponiyada tanıdılmasına töhfə vermək istədiyini vurğulayıb.

 

 

   Mədəniyyət.- 2012.- 1 avqust.- S. 4.