Sara Qədimova haqqında fotosənədlər arxivə təqdim edilib

 

Azərbaycan Dövlət Kino-Foto Sənədləri Arxivinə görkəmli müğənni, Xalq artisti Sara Qədimovanın ömür yoluna və yaradıcılığına aid 40 saxlama vahidi fotosənəd daxil olub. Arxivdən verilən məlumata görə, İran müğənnisi Mərziyyə xanımın 1963-cü ildə Bakıda qarşılanması, Əsli-Kərəm operasında Əsli rolunda, Rəşid Behbudovla Moldovada Azərbaycan incəsənət günlərində və sair fotolar, sənətkarın yaradıcılığının pərəstişkarı Çingiz Fərəcovun şəxsi arxivində bu günə kimi saxlanılıb. Hazırda fotosənədlərin fonda qəbulu rəsmiləşdirilir, hər bir sənədin qısa məzmunu hazırlanır.

 

 

Mədəniyyət.- 2012.- 1 avqust.- S. 6.