“Köç” növbəti
beynəlxalq festivalda
Çinin
Qinghai şəhərində “World Mountain
Documentary Festival-2012” sənədli filmlər festivalı başa çatıb.
Festivalda
Azərbaycan Rusiyada yaşayan həmvətənimiz,
rejissor və prodüser, bir sıra beynəlxalq kino müsabiqələrinin
laureatı Rodion İsmailovun “Köç”
sənədli filmi ilə təmsil olunub.
Dünyanın
30-dan çox ölkəsindən
rejissorların iştirak
etdikləri festivalın
məqsədi Asiya ölkələri arasında
mədəni əməkdaşlığın
möhkəmləndirilməsinə nail olmaqdır. Festivalda komediya, sənədli,
idman və uşaq filmləri nümayiş etdirilib.
“Köç”
filmi Azərbaycan və onun qədim
adət-ənənələrini özündə əks etdirir. Filmdə bütün ömrü
boyu yaylaqlardan qışlaqlara köç
edən çobanların
həyatından bəhs
olunur.
Film 2010-cu ildə Azərbaycanın “DS
film” studiyasında istehsal
olunub. 52 dəqiqəlik ekran əsərinin çəkilişləri
Tovuz və Daşkəsən rayonlarında
aparılıb. Film bir sıra beynəlxalq
festivallarda nümayiş
olunub.
Mədəniyyət.- 2012.-
1 avqust.- S. 13.