Tarixə mədəni baxış
- Dulusçuluq
Azərbaycanda qədim tarixi
olan xalq sənəti sahələrindən
biri də dulusçuluqdur. Mütəxəssislər bu sənət sahəsinin meydana gəlməsini neolit dövrünə aid edirlər.
Tarixi mənbələrə nəzər
saldıqda görürük
ki, bu sənətlə
ilk dövrlərdə qadınlar
məşğul olublar.
Daha sonralar texniki nailiyyətlər nəticəsində bu sahə inkişaf edərək müstəqil
sənət sahəsinə
çevrilib. “Azərbaycan
etnoqrafiyası” ensiklopediyasından
və bu sahəyə aid digər müəllif yazılarından
məlum olur ki, orta əsrlərin
sonlarından başlayaraq
Azərbaycanda dulusçuluğun
inkişafı daha da sürətlənib.
Ayaqla hərəkətə gətirilən
çarxın meydana gəlməsi, müxtəlif
dulusçuluq məmulatlarının
çeşidinin artmasına,
həmçinin dulusçuluq
mərkəzlərinin yaranmasına
gətirib çıxarıb.
Dulusçuluq məmulatlarına olan tələbat saxsı qabların istehsalı üçün
də əlverişli
şərait yaradıb.
Həmin
dövrlərdə saxsı
qabların geniş yayılması Azərbaycanın,
demək olar ki, bütün vilayətlərini əhatə
edib. Arxeoloji qazıntılar zamanı
aşkar edilən şirsiz və şirli qablar bu sahədə istehsalın yüksək səviyyədə olduğuna
dəlalət edir.
Beyləqan ərazisində tapılan
materiallar da buna sübutdur.
XVIII əsrin
sonu XIX əsrin əvvəllərində dulusçuluq
istehsalında məişət
keramikası sahəsi
daha çox inkişaf edib. Dulusçular əsasən
məişətin müxtəlif
sahələrində işlədilən
çoxlu gil
məmulatları hazırlayırdılar.
Bunlara su qabları, yemək üçün qablar və s. aid idi. Məişətdə istifadə edilən
dulusçuluq məmulatları
öz təyinatlarına
görə bir neçə qrupa bölünürdülər. Su qablarının bir neçə növü var idi. Bu növlər sırasına səhəng,
cürdək, bardaq, kuzə və s. daxil idi. Suyu
saxlamaq və istifadə etmək üçün küp, sürahi, dolça, parç hazırlanırdı.
Yuyunmaq və dəstəmaz almaq üçün də müxtəlif saxsı qablar istehsal edilirdi. Ümumilikdə isə dulusçular hər növ qab-qacaq istehsal etməyi bacarırdılar.
Azərbaycan sənətkarlıq tarixində
dulusçuluq və saxsı qablar istehsalı haqqında məlumata ən çox Naxçıvan xanlığının tarixində
rast gəlmək olur. Tarixi mənbələrdə
Naxçıvan hakimi
Ehsan xana məxsus saxsı səhəng istehsal edən emalatxananın fəaliyyəti haqqında
məlumatlar var. Şamaxı,
Ərdəbil, Təbriz,
Gəncə və s. şəhərlərdə də
saxsı qablar istehsal edilirdi. Şəki xanlığının
bir çox qəsəbələrində, xüsusilə
Nuxada gil qablar hazırlanırdı.
Dulusçuluq sənəti Bakıda da inkişaf etmişdi. Şəhər
ətrafı gil yataqları ilə zəngin olduğundan, burada saxsı qab istehsalı üçün əlverişli
şərait yaradıb.
Bakı ərazisində
XVII əsrə aid çoxlu
sayda kasa, boşqab və s. məmulatlar tapılıb
ki, bunların da yerli istehsala
aid olduğu zənn edilir. Eyni zamanda
Təbriz və Ərdəbil dulusçuluq
mərkəzləri kimi
tanınıb. Bu şəhərlərin
ərazisi də gil yataqları ilə zəngin idi.
Saxsı qablar istehsalı ilə daha çox
kəndlərdə məşğul
olurdular. Bu istehsal həm də geniş satış üçün nəzərdə
tutulurdu. Dulusçuluq
məmulatları içərisində
əsasən səhəng
və küplərin istehsalı üstünlük
təşkil edirdi. Bu
qablara tələbat həmişə çox olub. Zaman keçdikcə
mis və şüşə qabların
məişətə daxil
olması saxsını
sıxışdırıb aradan çıxardı. Müasir dövrdə isə dulusçuluq üç istiqamətdə
inkişaf edir: tikinti kərpici istehsalı, müxtəlif
gil qablar (kafel, saxsı boru), fayans və
farfor istehsalı.
Lalə Azəri
Mədəniyyət.- 2012.-
1 avqust.- S. 14.