Gənc vokalçı İtaliyada festivalda çıxış edib

 

İstedadlı gənc vokalçı, Üns yaradıcılıq səhnəsinin, Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının solisti İlham Nəzərov İtaliyanın Martina Franka şəhərində keçirilən 38-ci Della Valle D'İtria (İtriya vadisi festivalı) festivalında iştirak edib. Avropa Festivalları Assosiasiyasına daxil olan bu nüfuzlu tədbir İtaliya Prezidenti Nazirlər Şurasının himayəsi altında 1975-ci ildən ənənəvi olaraq keçirilir. Festivalda iştirak edən opera ulduzlarının ifasını dinləmək üçün hər il dünyanın bir çox ölkələrindən musiqisevərlər Martina Franka şəhərinə gəlirlər.

Azərbaycan vokal məktəbini təmsil edən İlham Nəzərov builki festivalın konsertlərində məşhur italyan bəstəkarlarının əsərlərini ifa edib. Gənc vokalçı festival çərçivəsində iyulun 30-da C.Verdi adına teatrda Daniela Terranovanın quruluşunda tamaşaya qoyulan Luici Rossinin Orfey operasında baş rolu ifa edib tamaşa böyük maraqla qarşılanıb. Təmsilçimiz festival ərəfəsində Martina Franka şəhərinin Musiqi Akademiyasında bir çox tanınmış vokalçıların - Mariella Devia, Sonia Prina, Paolo Koni Antonio Qrekonun ustad dərslərində iştirak edib.

İlham Nəzərov Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramına müvafiq olaraq Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə İtaliyanın Osimo D'Arte Lirica Akademiyasında təhsil alır.

 

 

Mədəniyyət.- 2012.- 3 avqust.- S. 3.