Maestro Niyazinin xatirə günü qeyd edildi

 

   Avqustun 1-də Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqi Həvəskarları Klubunda görkəmli dirijor bəstəkar, SSRİ Xalq artisti Niyazinin xatirə gününə həsr olunmuş tədbir keçirildi.

   Muzeyin direktoru Alla Bayramova tədbirdən öncə jurnalistlərə müsahibəsində musiqi mədəniyyətimizin inkişafından söz açdı: “Uğurlu mədəniyyət siyasətinin nəticəsi kimi Azərbaycan musiqisi bu gün özünün böyük inkişaf yolunu keçir. Bu musiqinin təməlini professional musiqi mədəniyyəti bəstəkarlıq məktəbinin keşiyində duran korifeylər qoymuşlar. Belə insanlardan biri maestro Niyazidir. Həmişə olduğu kimi, bu gün biz Niyazinin irsini təbliğ edir xatirəsini əziz tuturuq”.

   Tədbiri açan Niyazinin mənzil-muzeyinin direktoru Rza Bayramov qonaqları salamladıqdan sonra çıxış üçün sözü muzeyin elmi işçisi Xanım Abdinovaya verdi. O, maestronun həyat yaradıcılığı haqqında ətraflı danışdı. Çıxışlar muzeyin materialları əsasında hazırlanmış slaydlarla müşayiət olunurdu. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, Əməkdar incəsənət xadimi, pianoçu Ülviyyə Hacıbəyovanın ifasında NiyazininAdajioArzuəsərləri səsləndikdən sonra şair Fəxrəddin Meydanlı dirijora həsr etdiyi şeirini söylədi.

   Niyazinin dirijorluq etdiyi konsertlərdən videogörüntülərin, kinofilmlərə bəstələdiyi musiqilərin nümayişi sənətkar haqqında xoş xatirələri bir daha yada saldı. Tədbirdə klassik musiqi həvəskarları, tanınmış musiqiçilər KİV nümayəndələri iştirak edirdilər.  

 

 

   Lalə Azəri

 

Mədəniyyət.- 2012.- 3 avqust.- S. 5.