Bölgələrdə mədəniyyət mərkəzləri yaradılır

 

   Mədəniyyət Turizm Nazirliyi yeni layihənin icrasına başlayıb

  

   Xəbər verdiyimiz kimi, Mədəniyyət Turizm Nazirliyi 2011-ci ildəŞəhər (Rayon) Mədəniyyət Mərkəzlərinin yaradılmasıadlı pilot layihə həyata keçirib. Layihə iki bölgədə - 2011-ci ildəAzərbaycanın Folklor Paytaxtıelan olunmuş Lənkəran şəhərində Azərbaycanın Sənətkarlıq Paytaxtıİsmayıllıda gerçəkləşib.

   Layihə qeyri-maddi mədəni irsimizin müasir standartlara cavab verə biləcək formada qorunması, bərpası, istifadəsi regionlarda mədəniyyət turizm şöbələrinin strukturuna daxil olan klub müəssisələrinin şəhər (rayon) səviyyəsində mərkəzləşdirilməsi profilləşdirilməsini nəzərdə tutur.

   Pilot layihə başa çatandan sonra müsbət nəticələr təhlil edilərək artıq daha geniş miqyasda yeni layihənin hazırlanması qərara alınıb. Yeni layihənin gerçəkləşməsi üçün 10 bölgə - Şəki şəhəri Abşeron, Balakən, Gədəbəy, Göygöl, Xaçmaz, Qazax, Qəbələ, Masallı, Şamaxı rayonları seçilib.

  

   Layihənin aktuallığı

  

   Layihə barədə danışan Mədəniyyət Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin Qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynlinin sözlərinə görə, vaxtilə respublikanın demək olar ki, bütün şəhər, qəsəbə kəndlərində yaradılmış mədəniyyət evləri klublar həvəskar bədii yaradıcılığın, bədii özfəaliyyətin dəstəklənməsi, əhalinin sosial-mədəni fəallığının artırılması, asudə vaxtının istirahətinin təşkilində mühüm rol oynayıb: “Bununla yanaşı, aparılan araşdırmalar göstərir ki, hazırda klub müəssisələrinin əksəriyyətinin fəaliyyəti formal xarakter daşıyır, yerlərdən təqdim edilən hesabatlar real vəziyyəti əks etdirmir. Klub müəssisələrinin işinin səviyyəsi, bədii-özfəaliyyət kollektivlərinin, xalq yaradıcılığının inkişaf etdirilməsi təbliği, onların şəhər, rayon ölkə miqyaslı tədbirlərdə iştirakının təmin olunması müasir tələblərə cavab vermir. Bu müəssisələrin fəaliyyətinin məzmunu, maddi-texniki bazası illərlə dəyişilməz olaraq qalıb ki, bu da müasir Azərbaycan vətəndaşının artan mənəvi tələbatını tam ödəyə bilmir. Kənd qəsəbə, habelə bəzi şəhər klub müəssisələrinin yerli icra orqanları tərəfindən maliyyələşdirilməsi həmin müəssisələrə mədəniyyət turizm şöbələri tərəfindən rəhbərlik nəzarət edilməsində çətinliklər yaradır. Göstərilən nöqsanların aradan qaldırılması, ümumilikdə qeyri-maddi mədəni irsimizin müasir standartlara cavab verə biləcək formada qorunması, bərpası istifadəsinin təşkili, o cümlədən onun infrastrukturunu təşkil edən klub müəssisələrinin fəaliyyətinin yenidən qurulması məqsədilə Mədəniyyət Turizm Nazirliyi tərəfindən qabaqcıl mədəni texnologiyalara beynəlxalq təcrübəyə əsaslanan bir sıra konseptual proqram layihələrə start verilib».

  

   Monitorinqin nəticələri göstərdi?

  

   Azərbaycanın qeyri-maddi mədəni irsinin (diyarşünaslıq, folklor sənətkarlıq) dəstəklənməsinin təminat mexanizmlərinin monitorinqi zamanı bu sahə üzrə indiyədək mövcud olan qanunvericilik müvafiq normativ-hüquqi sənədlər, dövlət büdcəsindən sahənin inkişafına ayrılmış vəsaitlər, təşkil olunmuş tədbirlər, nəşr edilmiş kitablar, çəkilmiş filmlər, mədəniyyət evləri, klub müvafiq mərkəzlər şəbəkəsində aparılan işlər s. barədə toplanmış məlumatlar əsasında sahənin vəziyyəti ətraflı təhlil edilib.

Sektor müdirinin sözlərinə görə, monitorinqin nəticələri nəzərə alınmaqla, “2012-2016-cı illərdə Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunmasına dair Dövlət Proqramı”nın layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub: “Məlum olduğu kimi, qeyri-maddi mədəni irsin qorunması istiqamətində aparılan islahatların davamı olaraq, nazirlik tərəfindən “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramı təsdiq edilib. Proqramın icrası ilə bağlı diyarşünaslıq, folklor və sənətkarlıq nominasiyaları üzrə daxil olmuş təkliflər nəzərdən keçirilərək 2010-cu ildən etibarən hər nominasiya üzrə paytaxtlar elan olunur. 2012-ci il üçün isə əfsanələr, folklor və sənətkarlıq paytaxtları müvafiq olaraq Gədəbəy, Masallı və Quba seçilib. Təsdiq edilmiş tədbirlər planına əsasən, Azərbaycanın xalq yaradıcılığı paytaxtı seçilmiş şəhərlərdə il ərzində nominasiyaya uyğun mərasimlər, respublika və beynəlxalq səviyyəli elmi-praktik konfranslar, dəyirmi masalar, konsertlər, müsabiqələr, festivallar, sərgilər və s. tədbirlər təşkil edilir”.

   Onu da qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən diyarşünaslıq (adət-ənənə, bayram-mərasim, rəmz-sirr), folklor (xalq musiqisi və rəqsləri, şifahi xalq yaradıcılığı, milli oyun-tamaşa) və sənətkarlıq (xalq tətbiqi, dekorativ və təsviri sənətləri) üzrə qeyri-maddi mədəni irs nümunələrinin qorunub saxlanılması, gələcək nəsillərə çatdırılması məqsədilə “Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri” də tərtib edilir.

  

   Layihələr və yeniliklər

  

   Həyata keçirilən layihələrin əhəmiyyətindən bəhs edən sektor müdiri bu tədbirlərin qeyri-maddi mədəni irsin, xalq yaradıcılığının dəstəklənməsinə, turizmin inkişafına şərait yaratdığını bildirdi: “Nazirliyin “Azərbaycanın qeyri-maddi mədəni irs subyektlərinin informasiya bankının yaradılması” layihəsinə əsasən, qeyri-maddi mədəni irs sahəsində fəaliyyət göstərən subyektlər -xalq tətbiqi (təsviri, dekorativ) sənəti ustaları; folklor (xalq musiqisi, teatrı, şifahi xalq yaradıcılığı) ifaçıları və kollektivləri; folklor, sənətkarlıq, diyarşünaslıq üzrə tədqiqatçılar; qeyri-maddi mədəni irs sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və özəl qurumlar haqqında dolğun məlumatları və yaradıcı nailiyyətləri özündə əks etdirən xüsusi portfoliolar yaradılır. “Bakı şəhərinin Qobustan, Maştağa, Əmircan və Yeni Suraxanı qəsəbələrində Azərbaycan xalq dekorativ-tətbiqi və təsviri sənət ənənələrinin dirçəldilməsi” və “Bərdə şəhərində dekorativ sənət ənənələrinin təbliği və xalçaçılığın inkişafı” pilot layihələri uğurla həyata keçirilib. Hazırda sahəyə həsr olunmuş veb-portalın yaradılması, Azərbaycanın qeyri-maddi mədəni irsinin infrastruktur vahidlərinin və inventar avadanlığının mövcud durumunu əks etdirən “Şəhər (rayon) mədəniyyət mərkəzlərinin və onların filiallarının Dövlət Kadastrı”nın yaradılması, digər proqram və layihələr üzrə işlər davam etdirilir. Həyata keçirilən islahatlar nəticəsində Lənkəran və İsmayıllının klub sisteminin fəaliyyətində əsaslı dönüş yaranıb və artıq uzun müddətdir ki, qismən fəaliyyət göstərən bu müəssisələr mövcud imkanlar daxilində tam gücü ilə işləməyə başlayıblar. Yeni layihə bu təcrübənin Şəki şəhəri, Abşeron, Balakən, Gədəbəy, Göygöl, Xaçmaz, Qazax, Qəbələ, Masallı, Şamaxı rayonlarında tətbiq olunması, müvafiq şəhər (rayon) mədəniyyət və turizm şöbələrinin strukturuna daxil olan klub müəssisələrinin bazasında müvafiq mədəniyyət mərkəzlərinin və onların filiallarının yaradılmasını nəzərdə tutur”.

   Qeyri-maddi mədəni irsin diyarşünaslıq, folklor və sənətkarlıq profilləri üzrə, həmçinin əhalinin asudə vaxtının mədəni təşkili istiqamətində mədəniyyət sahəsinə aid digər profillərdə fəaliyyət göstərəcək mədəniyyət mərkəzləri və onların filialları ziyalıları və mədəniyyət xadimlərini cəlb edərək yerlərdə mədəni həyatın daha da canlandırılmasına, bütün yaş qruplarının mədəni tədbirlərdə iştirakının təmin olunmasına xidmət edəcək. Yaşar Hüseynlinin sözlərinə görə, bu məqsədə nail olmaq üçün iki vəzifə icra olunmalıdır: «Azərbaycan qeyri-maddi mədəni irsinin infrastrukturunun yerlərdə optimal şəkildə idarə edilməsini təmin etmək məqsədilə şəhər (rayon) mədəniyyət və turizm idarələrinin (şöbələrinin) şəbəkəsində olan klub müəssisələrinin şəhər (rayon) səviyyəsində mərkəzləşdirilməsi və bu müəssisələrin qeyri-maddi mədəni irsin diyarşünaslıq, folklor və sənətkarlıq istiqamətləri üzrə profilləşdirilməsi. Öz fəaliyyətində beynəlxalq təcrübədən yararlanan, müvafiq xarici qurumlarla təcrübə və layihə mübadiləsi aparan mədəniyyət mərkəzlərinin əsas işi yerli biznes və ictimai qurumların iştirakı ilə qeyri-maddi mədəni irsin, xalq yaradıcılığının dəstəklənməsi, turizmin inkişafına şərait yaradılması ilə bağlı olmalıdır».

  

   Mövcud statistika və gözlənilən nəticələr

  

   Dövlət Statistika Komitəsinin “2011-ci il üçün Azərbaycanda təhsil, elm və mədəniyyət” statistik məcmuəsinə əsasən, Mədəniyyət və Turizm Nazirliyinin sistemində respublika üzrə 2697 klub müəssisəsi var. Bu müəssisələrdən 78,9 min daimi iştirakçı istifadə edir.

   Klub müəssisələrində 1023 maraq klubu və həvəskar birliyi (15,5 min iştirakçı), 4 649 bədii yaradıcılıq üzrə özfəaliyyət dərnək və kollektivi (53,6 min iştirakçı), 816 texniki yaradıcılıq, tətbiqi sənət üzrə kurs və dərnək (9,8 min iştirakçı) fəaliyyət göstərir. Göstərilənlərin ümumi sayından 3284-ü uşaq dərnək və kollektivləridir (42,1 min iştirakçı).

   Söhbət əsnasında sektor müdiri onu da vurğuladı ki, bölgələrdə mədəniyyət mərkəzlərinin təsis edilməsi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən mədəniyyət siyasətinin mühüm tərkib hissəsidir. Bu addımlar mədəniyyətin idarə olunmasında əksmərkəzləşmə (desentralizasiya) istiqamətində aparılan islahatların sürətləndirilməsi, regionların inkişafı, yerli təşəbbüslərin təşviqi, turistlərin cəlb olunması, yoxsulluğun azaldılması üzrə aparılan dövlət siyasəti ilə üst-üstə düşərək səmərəli mexanizmin yaradılması ilə nəticələnməlidir.

   Layihənin əlaqələndiricisi nazirliyin Mədəniyyət siyasəti şöbəsi, icraçılar isə yerlərdəki mədəniyyət və turizm şöbələridir.

  

 

   Mehparə

 

Mədəniyyət.- 2012.- 3 avqust.- S. 6.