Borçalı
türklərinin elat mədəniyyəti
günü
Gürcüstanın Dmanisi rayonunun
Armudlu yaylasında ənənəvi olaraq “Borçalı
türklərinin IV elat mədəniyyəti günü”
keçirilib. Bayram tədbirində Gürcüstanın Kvema
Kartli-Borçalı bölgəsinin rəhbərləri,
Gürcüstan parlamentinin üzvləri, Azərbaycan və
Türkiyədən qonaqlar iştirak ediblər.
Gürcüstan Aşıqlar Birliyinin sədri Osman Əhmədoğlu festivalın türkləri mənəvi birliyə çağıran sənət bayramı olduğunu bildirib. Qeyd olunub ki, elat mədəniyyəti gününün keçirilməsi gürcülərin və azərbaycanlıların dostluğunu möhkəmləndirmək, Borçalı mədəniyyəti və folklorunu tanıtmaq və inkişaf etdirmək məqsədi daşıyır.
“Borçalı türklərinin IV elat
mədəniyyəti günü”ndə cıdır və digər
idman yarışları təşkil edilib. Azərbaycan, Türkiyə və Gürcüstan aşıqlarının
ifası və rəqqasların çıxışları tədbiri
daha da rövnəqləndirib.
“Borçalı türklərinin elat mədəniyyəti
günü” 2009-cu ildən keçirilir.
Mədəniyyət.-
2012.- 3 avqust.- S. 13.