Günay” teatr-studiyası beynəlxalq müsabiqədə uğurla çıxış edib

 

   Bakı Uşaq Teatrının “Günay” uşaq teatr-studiyası Polşanın Kelçe şəhərində keçirilən “İstedadlar Avropada” 39-cu uşaq və gənc yaradıcılığı festival-müsabiqəsindən iki bürünc medal və fəxri diplomlarla qayıdıb.  

  Festival ənənəvi olaraq Polşa hökumətinin, Mədəniyyət Nazirliyinin və Polşa televiziyasının himayəsi altında keçirilir.

  Budəfəki festivalda Azərbaycanla yanaşı, Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Moldova, Serbiyadan kollektivlər iştirak edib. Müsabiqə teatr, xoreoqrafiya, vokal və instrumental janr nominasiyaları üzrə keçirilib. “Günay” teatr-studiyası iki səhnə əsəri təqdim edib. Kiçik qrup Hans Kristian Andersenin “Rusaloçka” nağılı əsasında hazırlanmış tamaşa ilə, gənc qrup isə Mirzə Fətəli Axundzadənin “Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah” tamaşası ilə çıxış edib.

  Hər iki tamaşa maraqla qarşılanıb və bürünc medala layiq görülüb. Qızıl və gümüş medalları Polşa kollektivləri qazanıb. “Günay” teatr-studiyası həmçinin digər nominasiyalarda fəxri fərmanlara layiq görülüb.

   Festivalın mükafatlandırılma mərasimində rəngarəng qala konsert təqdim olunub.

   “Günay”ın kollektivi konsertdə xoreoqraf Günəş Talıbovanın quruluş verdiyi “Yallı” rəqsi ilə çıxış edib.

 

 

   Mədəniyyət.- 2012.- 8 avqust.- S. 2.