Qəbələ
festivalı mədəniyyətimizi dünyaya
təqdim etmək üçün gözəl
fürsət oldu
Heydər Əliyev Fondunun təşəbbüsü
və rəhbərliyi ilə iyulun 24-dən Qəbələdə
keçirilən IV Beynəlxalq Musiqi Festivalı avqustun 5-də
başa çatıb. Festivala Mədəniyyət və Turizm
Nazirliyi təşkilati dəstək verib.
13 gün
davam edən festivalda
Azərbaycandan və xarici ölkələrdən
görkəmli musiqiçilər, bədii kollektivlər,
solistlər, dirijorlar iştirak
ediblər. Dünya şöhrətli London Royal Filarmonik
Orkestri festivalda dörd konsert proqramı təqdim edib.
Rusiyalı bəstəkar Aleksandr
Çaykovskinin bəstələdiyi
“Xocalı” matəm musiqisinin “Moskva solistləri” kamera orkestrinin ifasında təqdimatı (2 avqust) festivalın yaddaqalan hadisələrindən biri
olub. “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, “Moskva solistləri” kamera orkestrinin yaradıcısı
Yuri Başmetin rəhbərliyi
ilə keçirilən
konsertdə Xalq artisti Fərhad Bədəlbəyli (piano), məşhur
violonçel ifaçısı
Dmitri Yablonski, Əməkdar
artist, tarzən Sahib Paşazadə
çıxış ediblər.
İlk dəfə təqdim olunan əsər böyük maraqla qarşılanıb.
Avqustun 4-də Sloveniyanın məşhur “Tartini kvarteti” də maraqlı konsert proqramı ilə çıxış edib.
Kollektivin ifasında dünya
şöhrətli bəstəkarlar
A.Dvorjak, A.Kaple və K.Debüssinin əsərləri səslənib.
İştirakçılara və qonaqlara
unudulmaz anlar bəxş edən festival
London Royal Filarmonik Orkestrinin
solistlərinin çıxışı
ilə başa çatıb. İki
dəfə “Qremmi” və 40-dan çox beynəlxalq mükafatın
sahibi olan isveçrəli dirijor Şarl Dütuanın rəhbərlik etdiyi orkestri pianoda Bakı Musiqi Akademiyasının rektoru,
Xalq artisti Fərhad Bədəlbəyli,
Azərbaycan Dövlət
Filarmoniyasının direktoru,
Xalq artisti Murad Adıgözəlzadə,
violonçeldə Dmitri Yablonski,
saksafonda Teymur Süleymanbəyli, klarnetdə
Xalq artisti Şükür Səmədov
müşayiət ediblər.
Amerika bəstəkarı Leonard Bernstaynın “Kandid” operasından uvertüra ilə başlayan konsertdə digər amerikalı bəstəkar
Corc Gerşvinin yaradıcılığından nümunələr də səslənib. Festivalın başa
çatması münasibətilə
“Qafqaz Resorte” hotelində təşkil edilən ziyafətdə isə gənc azərbaycanlı pianoçu,
Beynəlxalq Montrö
caz müsabiqəsinin
qalibi, Əməkdar
artist İsfar Sarabskinin
ifası dinlənilib.
Belə möhtəşəm
tədbirlər dövlətin
mədəniyyətə diqqəti
sayəsində gerçəkləşir
“Heydər
Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən IV
Qəbələ Beynəlxalq
Musiqi Festivalı müvəffəqiyyətlə başa çatdı.
Gözəl təbiət qoynunda
yerləşən Qəbələ
növbəti dəfə
dünya şöhrətli
musiqiçilərin, bədii
kollektivlərin, solistlərin,
görkəmli dirijorların,
vokalçıların iştirak
etdikləri möhtəşəm
musiqi bayramının
məkanına çevrildi.
Festival xarici qonaqlara
Azərbaycan mədəniyyətini
təqdim etməklə
yanaşı, çoxsaylı
yerli musiqisevərləri
dünya bəstəkarlarının
klassik əsərləri
və məşhur musiqiçilərlə yaxından
tanış etdi”.
Bu sözləri Milli Məclisin deputatı Fəttah Heydərov IV Qəbələ
Beynəlxalq Musiqi Festivalının başa çatması münasibətilə
jurnalistlərə müsahibəsində
deyib. Millət vəkilinin sözlərinə
görə, 10 ölkədən
350-yə yaxın musiqiçinin
iştirak etdiyi
festival Qəbələnin dünya
musiqi mədəniyyətinin
mərkəzlərindən birinə çevrildiyini nümayiş etdirdi: “Çox şadam ki, dünyada kifayət qədər tanınan, sevilən, qəbul edilən, canlı ifalarının dinlənilməsi hər vaxt mümkün olmayan korifey sənətkarlar festivalın
qonağı oldular. Bu diyarın ecazkar
təbiəti, gözəlliyi,
xalqımızın yüksək
qonaqpərvərliyi xarici
musiqiçilərin ürəyincə
oldu və onlar bütün bacardıqlarını ortaya
qoydular ki, bu gözəl musiqi bayramı əvvəlkindən daha yaddaqalan olsun”.
Belə möhtəşəm festivalların
Prezident İlham Əliyevin mədəniyyətə,
incəsənətə diqqəti
sayəsində gerçəkləşdiyini
vurğulayan millət
vəkili Qəbələ
Beynəlxalq Musiqi Festivalının təşəbbüskarı
olan Heydər Əliyev Fondunun prezidenti, UNESCO və
İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya musiqimizin inkişafı və dünyada tanınması işinə qayğı göstərdiyinə görə
minnətdarlığını bildirib.
Festival Azərbaycan və
dünya musiqisinin təbliği baxımından
uğurlu layihədir
“Heydər
Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən ənənəvi Qəbələ
Beynəlxalq Musiqi Festivalı Azərbaycan və dünya musiqisinin, mədəni dəyərlərin təbliği
və qorunub saxlanılması baxımından
uğurlu bir layihədir. Qəbələ
festivalı çox az sayda olan
musiqi tədbirlərindəndir
ki, orada V.A.Motsartın, C.Puççininin,
P.Çaykovskinin, D.Şostakoviçin,
İ.S.Baxın, C.Verdinin,
J.Bizenin, L.V.Bethovenin, Ü.Hacıbəylinin, Q.Qarayevin
əsərləri həm
kamera musiqisi zalında, həm də açıq səma altında, təbii akustikada və uca dağların,
sıx meşələrin
qoynunda səslənir”.
Bu sözləri
festivalın bədii rəhbərlərindən biri,
Xalq artisti, professor Fərhad Bədəlbəyli
IV Qəbələ Beynəlxalq
Musiqi Festivalının
yekunları ilə bağlı jurnalistlərə
müsahibəsində deyib.
Xalq artisti bildirib ki, IV Qəbələ Beynəlxalq
Musiqi Festivalı Azərbaycan mədəniyyətini
dünyaya təqdim etmək üçün növbəti ən yaxşı fürsət oldu: “Builki festivalın
proqramını daha da zənginləşdirərək
oraya Azərbaycan ilə bağlı bir neçə konsertlər də əlavə etdik. Festival günlərində dahi Azərbaycan və dünya bəstəkarlarının əsərləri
eyni şövqlə səsləndirildi, gənc
ifaçılar dünya
şöhrətli musiqiçilərlə
eyni səhnəni bölüşdülər. Bu festival bütün iştirakçılar, xüsusilə
də gənc ifaçılar üçün
həddindən artıq
önəmli oldu”.
Festivalın bədii rəhbəri
tədbirin yüksək
səviyyədə təşkilinə
görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya musiqiçilər və tamaşaçılar adından
dərin təşəkkürünü
bildirib.
Mədəniyyət.-
2012.- 8 avqust.- S. 3.