Dünya ölkələrinin musiqisi və rəqsləri”

 

   Xalq artisti Nəzakət Teymurova Londonda geniş konsert proqramı ilə çıxış edib.

   Azərbaycanlı xanəndənin konserti Londonda ənənəvi olaraq keçirilən WOMAD (“Dünya ölkələrinin musiqisi rəqsləri”) festivalı çərçivəsində baş tutub. Festivalda Nəzakət Teymurovanı tarda Əməkdar artist Əliağa Sədiyev, kamançada Elnur Mikayılov, balabanda Əməkdar artist Şirzad Fətəliyev müşayiət ediblər.

   N.Teymurovanın WOMAD-da çıxışı UNESCO-nun eksperti Sənubər Bağırovanın köməyi ilə gerçəkləşib. BBC radiosu vasitəsilə canlı yayımlanan festivalda azərbaycanlı ifaçının bir saat davam edən çıxışı dinləyicilərə böyük zövq bəxş edib.

   Festival kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb. Konsertdən sonra Xalq artisti bir neçə jurnal qəzetlərə müsahibə verib. “London Evening Standard”ın əməkdaşı Samon Brouton həmvətənimiz haqqında belə yazıb: “Ən təsirli səs azərbaycanlı Nəzakət Teymurovanın idi”.

   Xanəndəmiz Londonun Mərkəzi Kitabxanasına dəvət olunub disklərini kitabxanaya hədiyyə edib. Bu görüşlər zamanı sənətçimiz bir neçə konsert təklifi alıb.

 

 

   Mədəniyyət.- 2012.- 8 avqust.- S. 3.