“Heydər Əliyev və incəsənət”

 

   Avqustun 3-də Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və incəsənət” mövzusunda tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə ulu öndərin büstü önünə tər güllər qoyublar. Daha sonra Heydər Əliyev Mərkəzinin direktoru Fəxri Yusibov tədbiri açıq elan edib və ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

   Şəmkir Rayon Mədəniyyət və Turizm Şöbəsinin aparıcı məsləhətçisi Əsgər Ələsgərov böyük rəhbərin ölkəmizdə mədəniyyətin, incəsənətin inkişafı sahəsində gördüyü işlər, incəsənət ustalarına göstərilən diqqət və qayğı barədə məruzə ilə çıxış edib. Sonra YAP Şəmkir rayon gənclər təşkilatının sədri Ruhid Hacıyev mövzu ilə bağlı çıxış edib.

   Tədbirin sonunda Vəli Xuluflu adına Mədəniyyət evinin bədii rəhbəri Fərzail Camalov, Şəmkir rayon xalq teatrının rejissoru İlhamə Abbasəliyeva və teatrın digər aktyorlarının ifasında tamaşa göstərilib.

 

 

   Mədəniyyət.- 2012.- 8 avqust.- S. 4.