Gəncədə “Mütaliə həftəsi”

 

   Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə “Mütaliə həftəsi” keçirilir.

   Mərkəzi kitabxananın qarşısında keçirilən “Mütaliə həftəsi”nin ilk günündə iştirakçılara 200-dən çox nəşr təqdim olunub. Bu kitablar arasında ümummilli lider Heydər Əliyevə həsr olunan “Əbədi müstəqilliyimizin memarı”, bundan başqa “Azərbaycan təbiəti dünya incisi - gəlin, onu qoruyaq”, “Dilimiz qüdrətimizdir”, “Milli Qəhrəmanlar fəxrimizdir”, “Azərbaycan poeziyasının korifeyi. Nizami Gəncəvi-870”, “Nağıllar dünyasına səyahət” və s. nəşrlər sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb.

   Mərkəzləşdirilmiş Kitabxana Sisteminin şöbə müdiri Gülnaz İsgəndərova bildirib ki, “Mütaliə həftəsi”ni keçirməkdə əsas məqsəd insanlarda kitaba olan marağı artırmaqdır. Bu məqsədlə iştirakçılara hər bir kitab haqqında ətraflı məlumat verilməklə yanaşı, bəzi nəşrlərin elektron versiyası da təklif olunur.

 

 

   Mədəniyyət.- 2012.- 8 avqust.- S. 4.