Azərbaycan-Mərakeş
mədəni əlaqələri ölkələrimizin dostluğuna töhfədir
Gələn
il Mərakeşdə Azərbaycan Mədəniyyəti
Günlərinin keçirilməsi nəzərdə tutulur.
Bu barədə bizimlə söhbətində
Mərakeş Krallığının ölkəmizdəki
fövqəladə və səlahiyyətli səfiri Həsən
Hami məlumat verdi. Səfir bildirdi ki, bu, Azərbaycanın mədəniyyət
və incəsənət nümayəndələrinin Mərakeşə
ikinci səfəri olacaq: “Artıq Azərbaycanda Mərakeşin
də iki dəfə belə böyük tədbiri
keçirilib. Eyni zamanda Mərakeşdə Azərbaycan Mədəniyyəti
Günləri gerçəkləşib. Bu cür səfərlər
xalqlarımızın bir-birini daha yaxşı
tanımasına, ölkələrimizin
yaxınlaşmasına, dostluğuna töhfədir”.
Diplomat onu da vurğuladı ki,
Bakıda çalışdığı üç il
yarım ərzində ölkələrimiz arasında
çoxsaylı qarşılıqlı səfərlər həyata
keçirilib. Turizm, energetika, kənd təsərrüfatı,
informasiya və kommunikasiya texnologiyaları, nəqliyyat, ədliyyə,
səhiyyə əməkdaşlıq üçün
perspektivli sahələrdir. Səfir yaxın vaxtlarda iki ölkə
arasındakı diplomatik münasibətlərin
yaradılmasının 20 illiyinin qeyd olunacağını
dedi.
1960-cı ildən bəri ölkəsinin
keçdiyi böyük inkişaf yolundan da bəhs edən
diplomat bildirdi ki, Mərakeş yerləşdiyi regionda və
dünyada sülh və həmrəyliyin bərqərar
olmasına çalışır: “Biz firavanlıq və tərəqqiyə
nail olmaq istiqamətində inam və məsuliyyətlə
yolumuzu davam etdiririk, bunlar dünyada sabitlik və sülh
üçün sağlam komponentlərdir”.
İ.Əsədova
Mədəniyyət.-
2012.- 8 avqust.- S. 4.