Altı ayda Masallıya 7 mindən çox turist gəlib

 

   Masallı rayonu relyefinə təbiətinə görə Azərbaycanın füsunkar guşələrindən biridir. Rayonun bir tərəfi Talış dağları meşələri, bir tərəfi isə Xəzər dənizi ilə əhatə olunub. Bütün bunlar Masallıda turizmin inkişafı üçün gözəl zəmindir. Hələ yüz illər əvvəl ətraf uzaq yerlərdən gələn insanlar bu torpağın şəfalı qaynar suyundan istifadə ediblər. Bu gün rayon beynəlxalq standartlara cavab verən turist xidməti imkanlarına malikdir.

   Masallı Rayon Mədəniyyət Turizm Şöbəsinin müdiri Lətifə Mövsümovadan aldığımız məlumata görə, bölgədə ümumilikdə 1016 yerləşdirmə yeri olan 31 turist obyekti fəaliyyət göstərir. Obyektlərdən 26-sı Mədəniyyət Turizm Nazirliyinin lisenziyası əsasında işləyir. 2011-ci ildə rayona 16465 turist gəlib ki, onların da 675 nəfəri əcnəbilər olub. Bu ilin ilk altı ayında isə Masallıya 7157 turist, o cümlədən 307 nəfər xarici ölkə vətəndaşı gəlib.

   Rayondakı İstisu sanatoriyasının yaxınlığında yerləşənDaşvəndən çox turist qəbul edən hotellərdəndir. Buranın bütün otaqları Avropa üslubunda təmir edilib. Hoteldə konfrans-zal, restoran bar, sauna, süni göldə qayıq sürmə hovuz, mini zoopark, kotteclər, müasir standartlara cavab verən idman qurğuları var.

  

 

   Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2012.- 8 avqust.- S. 5.