Türkdilli ölkələrin dəriçilik
sənəti festivalı
TÜRKSOY-un
təşkil etdiyi festivalda azərbaycanlı ustalar da
iştirak ediblər
Avqustun 2-dən 5-dək Rusiya
Federasiyası Tatarıstan Respublikasının Yelabuqa şəhərində
türkdilli ölkələrin dəriçilik sənəti festivalı
keçirilib.
“Türk Dünyasında Dəriçilik
Festivalı” adlı tədbir TÜRKSOY təşkilatının
Tatarıstan Respublikası Mədəniyyət Nazirliyi ilə
birgə təşkilatçılığı ilə
gerçəkləşib.
TÜRKSOY-un Ankaradakı baş ofisindən bildiriblər ki, Tatarıstan Prezidenti Rüstam Minnixanov və mədəniyyət naziri Ayrat Sibaqatullinin açılışını etdikləri sərgidə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Tatarıstan və Başqırdıstandan 30 dəri sənətçisi öz əl işlərini nümayiş etdirib.
Azərbaycandan gəlmiş dəri ustaları Rəşad Əliyev, Pərvanə Eyyubova, Babil Məmmədov və Nahid Vahabovun əl işi olan çanta, milli ornamentlər ilə bəzədilmiş digər dəri məmulatları sərgiyə gələnlərin böyük marağına səbəb olub. Şəhər sakinləri və qonaqlar üçün bu məmulatların satışı da təşkil edilib.
Tədbir
çərçivəsində təşkil olunmuş
simpoziumda dəri məmulatlarının
işlənməsi, aşılanması və boyanması
texnikası məsələləri müzakirə olunub, türk
dünyası ustaları və
araşdırmaçıları arasında təcrübə
mübadiləsi aparılıb.
Mədəniyyət.-
2012.- 10 avqust.- S. 2.