Cəlilabadda
atəşpərəstlik abidəsi tapılıb
Cəlilabad rayonunun Seyidbazar kəndində
Qaraağaclı bulaq adlanan təpədə atəşpərəstliklə
bağlı yeni maddi-mədəniyyət nümunələri
aşkar edilib.
Arxeoloji qazıntılar zamanı
20 kvadratmetr ərazini əhatə edən yerdə aşkar
edilən sənduqə tipli beş qəbirin üzərində
insanların astroloji inamları - günəş, ulduz təsvirləri
əks olunub.
Arxeologiya və Etnoqrafiya
İnstitutunun əməkdaşı Abuzər Ələkbərovun
bildirdiyinə görə, yeni tapıntılar erkən orta əsrlər
dövrünə - III-V əsrlərə aiddir.
A.Ələkbərov qeyd edib ki, qəbirlərin
üstündə atəşpərəstlik inanclarının
əlamətləri müşahidə olunur. Qəbirlərdə
meyitlərin yandırılaraq basdırılması bunu deməyə
əsas verir. Arxeologiya və Etnoqrafiya İnstitutunun
ekspedisiyası ərazidə tədqiqat işlərini davam
etdirəcək.
Mədəniyyət.-
2012.- 10 avqust.- S. 2.