Ramazan ayı ilə bağlı teatr layihəsi
Müqəddəs Ramazan ayı ilə əlaqədar olaraq Türkiyə, Gürcüstan və Azərbaycan teatrları arasında yeni layihə hazırlanıb. Layihədə Azərbaycanı Bakı Uşaq Teatrı təmsil edəcək.
Teatrın rəhbəri İntiqam
Soltan bildirib ki, nümayiş olunacaq tamaşalar Ramazan ayının xüsusiyyətlərini özündə
əks etdirən səhnəciklərdən ibarət
olacaq. 14-18 avqustda
baş tutacaq layihədə 20 nəfərdən
ibarət aktyor heyəti iştirak edəcək: “Bu il ilk dəfə sınaq layihə həyata keçirilir. Gələn
il onun
miqyasını genişləndirmək
nəzərdə tutulur.
Gələcəkdə layihədə Özbəkistan,
Rusiya, Ukrayna, Almaniya və digər ölkələrdən
200-dən çox sənətçinin
iştirakı nəzərdə
tutulur”.
Lalə Azəri
Mədəniyyət.-
2012.- 10 avqust.- S. 4.