İstanbulda Hüseyn Cavidin 130 illik yubileyi qeyd olunub

 

   Hüseyn Cavidin ev-muzeyinin və Türkiyə-Azərbaycan Dərnəyinin birgə təşkilatçılığı ilə dahi ədibin 130 illik yubileyi İstanbulda qeyd edilib.

   Tədbirdə Hüseyn Cavidin ev-muzeyinin direktoru Gülbəniz Babaxanlı, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru Aybəniz Əliyeva-Kəngərli, Türkiyə-Azərbaycan Dərnəyinin rəhbəri Səfər Qaraqoyunlu və başqaları məruzələrlə çıxış ediblər. Natiqlər Hüseyn Cavidin həyatı, yaradıcılığı və türk dünyası üçün gördüyü işlərdən geniş söz açıblar.

   Türkiyə-Azərbaycan Dərnəyinin üzvləri Cavidlər ailəsinin bütün üzvlərinə böyük sevgi və məhəbbət bəslədiklərini vurğulayıb, Türkiyədə bu cür ədəbi görüşlərin, tədbirlərin keçirilməsinə həmişə kömək edəcəklərini bildiriblər.

   G.Babaxanlı Hüseyn Cavidin 5 cildlik külliyyatını dərnəyə hədiyyə edib. Tədbir təşkilatçıları ədibin 130 illik yubileyi münasibətilə Bakıda keçiriləcək beynəlxalq konfransa dəvət olunublar.

 

 

    Mədəniyyət.- 2012.- 10 avqust.- S. 4.