Milli dəyərlərimiz
təbliğ olunur
2012-ci il
Naxçıvan Muxtar Respublikasında “Milli dəyərlər
ili” elan edilib. Bu çərçivədə muxtar
respublikanın idarə və təşkilatlarında, o
cümlədən mədəniyyət müəssisələrində
tədbirlər keçirilir.
A.Babayev adına Muxtar Respublika
Uşaq Kitabxanası da bu ilin tədbirlər planında milli dəyərlərimizin
təbliğinə geniş yer ayırıb.
Kitabxananın direktoru Kamal Axundovun
bildirdiyinə görə, milli dəyərlərimizin uşaq
və gənclərin tərbiyəsində rolunu yüksəltmək,
milli adət və ənənələrimizi, geyim və mətbəximizin,
tikmə, toxuma və döymə kimi qədim el sənətlərimizin
təbliği məqsədilə vaxtaşırı olaraq bu
mövzudan bəhs edən kitab, jurnal və fotolar, qədim
geyim və məişət əşyaları, milli musiqi lent
yazılarının, xalçaların yer aldığı sərgilər,
habelə müxtəlif kütləvi tədbirlər,
konfranslar təşkil olunur.
Belə tədbirlərdən
Naxçıvan Tibb Kollecində “Milli dəyərlərimizin
gənclərin tərbiyəsində rolu” mövzusunda oxucu
konfransını, Naxçıvan Körpələr Evi və
Ailələrə Yardım Mərkəzində “Uşaq
dünyası”, 7 saylı uşaq bağçasındakı
“Balaca aşpazam mən” adlı əyləncəli tədbirləri,
1 saylı uşaq bağçası və Naxçıvan
şəhərindəki “Dədə-Qorqud” parkında
keçirilən “Kitab bayramı”nı qeyd etmək olar.
Mədəniyyət.- 2012.- 10
avqust.- S. 4.