Opera Balet Teatrının orkestri Almaniyada beynəlxalq festivalın finalında çıxış edib

 

   Avqustun 12-də Almaniyanın Münxen-Halifiq şəhərində ənənəvi “Gut İmmlingbeynəlxalq opera festivalınınGrande Finale” adlı yekun tədbiri keçirilib. İki ay davam edən dünya şöhrətli opera müğənnilərinin iştirak etdiyi festivalın baş tədbirində Azərbaycan Dövlət Opera Balet Teatrının orkestri çıxış edib.   

   Almaniyanın Avropanın mötəbər festivallarından olan “Gut İmmlingbeynəlxalq opera festivalı ilə musiqiçilərimizin əməkdaşlığı 2003-cü ildən mövcuddur. Azərbaycanın Opera Teatrının orkestri Dövlət Simfonik Orkestri bu festivalda 2005-ci ildən çıxış edir.

   Opera festivalının direktoru Ludviq Baumann final mərasimini açıq elan etdikdən sonra sözü Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazova verib. Səfir çıxışında beynəlxalq “Gut İmmling” opera festivalı ilə Azərbaycan musiqiçilərinin əməkdaşlığının tarixçəsindən bəhs edərək bu əməkdaşlığın mədəniyyətlərarası dialoqdakı əhəmiyyətini vurğulayıb. Azərbaycanın zəngin mədəni irsə sahib olduğunu, müsəlman Şərqində ilk operanın, balet musiqisinin məhz Azərbaycanda əsasının qoyulduğunu bildirən səfir digər musiqi janrlarının, o cümlədən muğam sənəti Azərbaycan cazı haqqında da danışıb.

   Səfir dinamik xətt üzrə inkişaf edən ölkəmizin Almaniya Avropa İttifaqı ilə mühüm tərəfdaşlıq münasibətləri saxladığını, bu qəbildən tədbirlərin tərəfdaşlıq əlaqələrinə əhəmiyyətli töhfə olduğunu qeyd edib.

   Sonra “Gut İmmling” opera festivalının baş dirijoru Kornelia von Kerssenbrokun rəhbərliyi ilə orkestr Azərbaycan dünya bəstəkarlarının əsərlərini səsləndirib. Kollektivin ifası bəstəkarlarımızın əsərləri tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.

 

 

  Mədəniyyət.- 2012.- 15 avqust.- S. 3.