Üç dahinin ruhunu qovuşduran tədbir
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına
əsasən, böyük
dramaturq Hüseyn Cavidin 130, istiqlal şairi Əhməd Cavadın 120 illik yubileyləri ilə bağlı respublikanın
müxtəlif yerlərində
tədbirlər təşkil
edilir. Belə tədbirlərdən biri Xızı Rayon Mədəniyyət və
Turizm Şöbəsinin
təşkilatçılığı ilə Sayadlar kəndində, Mikayıl Müşfiqin xatirə muzeyində gerçəkləşib.
Rayon Mədəniyyət
və Turizm Şöbəsinin müdiri
Sənan Talıbov Azərbaycan ədəbiyyatında
dərin izlər qoymuş, oxşar tale yaşamış, ötən
əsrin 30-cu illərinin
repressiya qurbanı olmuş üç görkəmli ədibin adını bir araya gətirən tədbirin əhəmiyyətindən
danışıb: “Yaratdıqları
əsərlər bu dahi şəxsiyyətləri
ədəbiyyat tariximizə
əbədi olaraq həkk etmişdir”.
Çıxış edənlər görkəmli
şair və dramaturq Hüseyn Cavidin həyat və yaradıcılığına
nəzər salaraq onun ədəbiyyatımıza
verdiyi töhfələrdən
söz açıblar.
Qeyd olunub ki, ədibin
əsərlərində millətindən,
irqindən asılı
olmayaraq, bütün insanları xoşbəxt,
bəxtiyar görmək
arzusu əksini tapıb. Əhməd Cavadın yaradıcılığından
danışan natiqlər
şairin Azərbaycan
ədəbiyyatında milli
ruhun qorunub saxlanılmasında rolunu yüksək qiymətləndiriblər.
Tədbirin bədii hissəsində
isə hər iki şəxsiyyətə
həsr olunmuş kompozisiyalar nümayiş etdirilib. Mikayıl Müşfiqin sözlərinə
bəstələnmiş musiqilər
dahi şəxsiyyətlərin
ruhlarına ərməğan
edilib.
Mədəniyyət.-
2012.- 15 avqust.- S. 4.