“Azərbaycan
günü”
İslamın ən şəfqətli
və müqəddəs Ramazan ayı münasibətilə
Misirin paytaxtı Qahirədə “Azərbaycan günü”
keçirilib. Misirin ictimai-siyasi, elm və mədəniyyət
xadimlərinin, işgüzar dairələrin nümayəndələrinin
iştirakı ilə keçirilmiş tədbirdə ölkəmizin
Misirdəki səfiri Şahin Abdullayev və İSESCO-nun rabitə
və ictimaiyyətlə əlaqələr üzrə eksperti
Salah Əlcəfəravi çıxış ediblər.
Müstəqillik tariximizdən,
Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq
Cümhuriyyətindən söz açan səfir 1991-ci ildə
dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanın
üzləşdiyi problemlər, Ermənistanın hərbi təcavüzünə
məruz qalması, belə bir çətin vəziyyətdə
ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə
qayıdışı və Azərbaycanın müasir
tarixində yeni bir mərhələnin başlanması
haqqında ətraflı məlumat verib.
İSESCO-nun eksperti S.Əlcəfəravi
çıxışında Azərbaycanın tarixən
İslam mədəniyyətinin inkişafında mühüm
rol oynadığını vurğulayaraq, Ermənistanın
işğal olunmuş ərazilərdə İslam mədəniyyət
abidələrini məhv etməsindən danışıb.
Tədbirdə Azərbaycanın
müstəqillik və inkişaf yolunu əks etdirən sənədli
film nümayiş etdirilib. Azərbaycanın mədəniyyətini
və incəsənətini əks etdirən əyani vasitələr,
kitablar və jurnallar, xüsusilə nəfis tərtibatda və
ərəb dilində çap edilmiş “İrs” jurnalı
iştirakçılar tərəfindən xüsusi maraqla
qarşılanıb.
Mədəniyyət.-
2012.- 15 avqust.- S. 4.