Yusif qələmi

 

   Bir sözündən beş göz açan, on beş məna saçan qələm...

  

   Bu məqamda onun Anarın “Adamın adamı” kitabına yazdığı yarım səhifəlik möhtəşəm “ön söz”ü yadıma düşdü. Bu da xatirimə gəldi ki, o vaxt o yazını oxuyanda tələbə yoldaşlarıma dedim: “Adamın yazanı!..”

   O, tək elə Yusif deyildi - Yusif Səməd oğlu, Yusif Səmədoğlu (!) idi. Açmasına ehtiyac varsa; yar-yaraşıqlı uşaqlıq, bəxtli cavanlıq, məşhur ahıllıq...

   Deyim ki, ikibaşlı münasibətdən, ikili standartdan tam uzaq olan bu “üçbaşlı” təyin-düyünlər sözügedən mahir redaktorun, görkəmli ədibin, məharətli ssenaristin həyat və yaradıcılığını mətbubamətbu, kitabbakitab, ekranbaekran izləyib (ənənəvi “qarabaqara” zərfi üçün qəribsəyənlərin xatirinə, “arabaarasözünün də xatırlada bilərəm). Onlarca digər media-biblio-filmo-qrafiyalarını istisna etsək, Yusif Səmədoğlunu publisistika-ədəbiyyat-kinematoqrafiya üçbucağının üç ən güclü ismindən biri kimi dəyərləndirmək olar. Məsələ burasındadır ki, o, elə həmin sahələrin özlərində də “trio”ları ilə seçilir. Baş redaktorluğu - “Azərbaycanfilm” (ssenari redaksiyasında - 1965-69) - “Ulduz” (1976-87) - “Azərbaycan” (1987-...). Sonuncu mötərizədəki “xronoloji” nöqtələr “ömrünün son aylarınadək” deməkdir. Kitabları - “Qalaktika” (1973) - “Qətl günü” (1987) - “Deyilənlər gəldi başa” (1999). Ssenariləri - “Yeddi oğul istərəm” (1970) - “Səmt küləyi” (1973) - “Qətl günü” (1990).

   O, manera-mahiyyətcə, sirr-siyasətcə “altsovetin bir qədər üzə çıxmaqda olan dövrünün - “60-cı illər” sərlövhəli Azərbaycan ədəbi Zamanının ən seçkin xüsusi şəxs və məxsusi işarə əvəzliklərindən - ayrıca “O”-larından idi. O, dövrün ədəbi-ictimai təsəvvüründə ayrı-ayrı özəl üslub, milli aura-arena, ədəbi yeniyetmələrə qəyyumluq, gəncliyə örnək komandirlərindən sayılırdı. O, indiki “canlı yayın” ayın-oyunlarından məhrum bir dövrün daim gündəmdə olan sayın “qələm əhli”lərindən idi. Səsləri öz ədəbiyyatımızın bütün canına-qanına işləyən, sədaları sovet ədəbiyyatının ucqarlarında eşidilən “beş-onlardan (lətifəsi müasir bir teleproqramda SMS-lə şöhrətlənən “Onlardan iraq!) idi. Qlavlit-senzuralarda qaralarına, bəzən də üzlərinə barmaq silkələnsə də, bütün ölkə içrə barmaqla sayılanlardan idi. Öz qələmləri ilə ayrıca bir ədəbi-bədii xalq yaratmağa girişib, müstəqil bir ədəbiyyat ölkəsi, mədəniyyət məmləkəti qurmaq istəyən ziyalı-ədiblərdən idi.

   İdi”, “biri idi”, “idilər” dediyim o “qaymaq”ları - “mini-toplumuo vaxtlar hərə bir sayda görüb-hesablayırdı, mənsə -

  

   “Yeddilər” kimi...

  

   Ürəklərinin dərin guşələrində “ədəbi liderlik iddiaları olsa da, o yeddilər xarizma çığır-bağırlarına, anti-təvazö nağıllarına yol vermirdilər. Bir az o vaxtkı, bir çox da bu vaxtkı bəziləri kimi, öz həmkarı olannaylara “sən tərifləmə, mən mədhiyyələyəcəyəm!”, “nanay-nanaylarasiz qımıldanmayın, mən gumbuldayacağam!” - deyə, mətbu-şötdəmələrə, “tele-qalmaqallara qol qoymurdular.

   O yeddilərdən Məmməd Araz deyirdi: “Görüm ayılmasın - gec ayılanlar!”. Anar yazırdı: “Qəzetimizdə səhv getmişdir: “Hər şey zəhləmgetmişlərindir!” əvəzinə, oxunmalıdır: “Hər şey zəhmətkeşlərindir!”. Əkrəm Əylislinin qələm-qanı ilə böyüməkdə olan sütül bir bacoğlu, ona qədər yazısına pozu olmayan əlmuzdu(r) yazıçılarımızın yaratdıqları əmək-xərək-çəpik qəhrəmanlarından fərqli bir qürurlu kişiyə - bığlı-saqqallı dayısına pasibanlıq edirdi: “Dayı, ağlama, ay dayı...”. Elçin sığalsız, sevgisiz, məhəbbətsiz böyük ölkənin Azərbaycan “kilkə”sinin cayıl vətəndaşına - quru yurdda qalıb qurdalanan Baladadaşa üzdə toy tutub, içdə “vayedirdi. Yusif Səmədoğlu “Get, komsomol... get. Sarı Şəmistana de ki, öldürdüm Gəray bəyi... Qanına qəltan elədim!” gülüşləri, sarkazmları çıldırırdı. Vaqif Səmədoğlu öz məzarına başdaşı əvəzinə, ayaqqabılarının qoyulmasını vəsiyyət edirdi ki, “dünyanın ən ağır qantelindən ağırtelefon dəstəyindən bəd xəbər eşidəsi ayağıyalınlar onu geyib, hadisə yerinə gedə bilsinlər. Ətrafındakılilpar-lilpar”, “löyün-löyünokey-lakeyliklərdən pisikən, türkicəkəndi”nə gəlib, azəricə çıxıb kəndinə gedən Musa Yaqub isə, o sarıqulaq, qarabaş, dara-baradaş aləmə baxıb-baxıb, belə bir eks-təbii qərara ( öz həmkarlarından birinin “...karandaşı, naşı, oğrubaşı, daşı göyərdirədiflərinə rəğmən əks-təbdili bir hökmə) gəldi ki, yox, qardaş, “Bu dünyanın qara daşı göyərməz!..”

   İkisi rəhmət-cənnətdə, qalan beşi isə hələ fəal sənətdə olan o “60-cılar” o vaxtlar alayı biryeddi yoldaşolub bu milləti bəyazlı-istiqlallı, üçrəng bayraqlı bir yola düzəldirdilər...

   Bu “məqsədyönlügirişdən sonra -

  

   Keçək mətləbə

   

   Oxucuların ən ucqar hislərinə əsər edən əsərlərindən söhbət açaq. Qətl günü”ndəki imam Əli timsallı baş Şairə (deməli, sənətkarlığa) Yəzzid misallı badalaq gələn ayaqşair”lərdən danışaq. Öz bənzətməsilə desək, “dılğırlar”ına, inkir-minkir qiyafəli Kirlikirdən - o zir-zibillik, dəlmə-deşikterror”çusundan geri qalmayan şər fikir-zikir, ev-eşik personajlarına toxunaq. “Yeddi oğul istərəm”indəki Gəray bəy bəyliyini, “ürəyimdən nişan al” təvəqqesində olduğu düşmənə beləəmixitabı tərbiyəsindən çıxış edən Cəlal bəyzadəliyini, Kələntər kələ-kötürlüyünü xatırlayaq. Başçılıq etdiyi ədəbi dərgilərdəki qayğıkeşliyini, fağır yazarlarauğurlu yol”larını, həyata nagümanların vərə-virdlərini, yatanda belə yuxularına girməyən arzu-xəyallarını bagümanlığa yozmağını, sənətdəki sayğı-salğarlıq, həyatdakı ağır-batmanlıq, sabitqədəmlik sair bu sayaq yaxşılıqlar cizgilərilə xəyallarımıza yaratdığı şəxsi avtoportret-obrazını yada salaq.

   O, ədəbi obrazlarıyla ədəbiyyatımıza, kinomuza yeni bitkin surətlər gətirirdi, öz obrazıyla cəmiyyətimizə, ədəbi ictimaiyyətimizə yeni yetkin şəxsiyyət kredo-kodeksi! O, sosial-məişət tariximizin hansısa bir ailəvi situasiyasında bir qardaşın bir bacıyaDərd gələndə - batmanla gəlir, bacım!” deyimini uman zümrə olan bütün bacılara güman yeri olan bütün qardaşların xitabəti dərəcəsinə qaldırdı. Yəqin, bir ona görə ki, o, uşaqlıqda cavanlıq, gənclikdə ahıllıq ömrü yaşamışdı. Bəs necə, bir məmləkət paytaxtının ədəbiyyat-sənət mərkəzi olmuş bir evdə dəxi tövr böyüyüb, hancarı olmaq olarmış ki, ağrın alem?

   Deyim ki, bu suala qlobal cavab gözlənilir, regional savab. Bu, heç nəyə işarət deyil -

  

   Sadəcə...

  

   eyhamlıİblis”lər, qalxanlı Elxanlar, “polad”lı Korçaginlər, ekskavatorlu Sarvanlar, “Oyan, Mironıç, oyan!”lar, “Ələmdən nəşəyə”lər, Adıgeyli sarbanlar - irili-xırdalı ədəbi karvanlar gəlib-gedir, buköhnə qəlyansayalı, “yuxu tənbəliayamalı istedad mücəssəməsi isə özey dadi-bidadkarvansarasında hər şeyiqolay-naqolay”layıb öz süzgəc-üzgəcindən keçirib, bütün olayları saf-çürük edir, özəlləşdirib-gözəlləşdirirdi.

   Ailə, köklü-köməcli əqrəba, görklü-görkəmli ata, ədəbi rəsmi-bədəviəmi-dayılar aurası timsalında bitirdiyi həyatorta məktəb”i onu sənətali məktəb”inə əla hazırlamışdı. O vaxtlar təkcə onun yox, bütün millətə (üzdə İosif Vissarianoviç olsa da) “atahesab edilən Səməd Vurğunun o “herti-pertisinə lənət!” dünyanın siyasi gərdişinə rəğmən, xalqdan qələmindən gizləyib, evdə açdığıbəzi-bəzi həqiqətlər”i bala-bala, keçmiş mütaliə boşluqlarına boşaldırdı.

   O ata o həqiqətlərdən birini çıxışlarının da birindəçaşıbdilə gətirmişdi: “Eh... “kiçikxalqın böyük şairi olmaqdansa, “böyükxalqın kiçik şairi olmaq daha yey!..

   O böyük şair dildəböyük xalqdeyərkən, təbii, ürəyindəazad xalqdüşünürdü, lakinOxucum, etiraf edirəm - qəlbənxitabından, “YenəZabul-segah” - yenə o nalə!” giziltilərindən o yana keçə bilmirdi.

   Oğul isə, cavanca yaşlarından ağır-ağsaqqal bir yazar olub, “köhnə yeni nəsil”, “klassika müasirlik”, “atalar oğullartandemlərinə tamam yeni rakursdan baxdı. Amma arxaikə arxa çevirdi, yeniliyələbbehdedi. Onun nihilizmində bir əndazə vardı, “modernizm”ində . Astaca-ustaca - oxucuların hamısı ilə birproloq-müqaviləbağlayıb, epiloqa qədər çəkib aparırdı. Onların ayıq-sayıqları üçün adsız baş qəhrəman - “məliküşşüərayaradıb irfani nəf elətdirirdi, köhnəstilizə-üslubbazarına təzəİfləmə Qasım”, “zındıqlar”, “dılğırlarnırxı gətirib, “Araz aşığından, Kür topuğundan”, millət lopuğundan olanlarçün məccani kef...

   Onun qələm-təxəyyülünün məntiqi, sənətfətva”sı ilə - tarixin tarixən ədiblərin yaratdıqları (günahlı-günahsız) boyunvuran cəllad da edam edilir. Ən adlı-sanlı şairlər qədər məşhurlaşdırdığı, bütünadsız şeir”lərdən daha yaddaqalan adsız ( sonda dili kəsilən) Şairin qətli islamın məlumqətl günüqədər məşum, burada qurduğu hökmdar-vəzir dialoqu isə onların heç bir döyüş teatr səhnələrində yığa bilməyəcəyi maraq dividentli:

   Hökmdar: - Vəzir, şair heç ağzını açıb kəlmeyi-şəhadətini demədi!..

   Vəzir: - Yəqin qorxusundan dilini udubmuş, kafir oğlu kafir!

   Hökmdar: - Gördün?!

   Vəzir: - Nəyi, qibleyi-aləm?

   Hökmdar: - “Nəyi”, “nəyi”! Deyirdin, işi məxfi tutaq, camaat qalxa bilər! Gördün, bir kimsə cınqırını çıxarmadı, gördün?! Bilin agah olun; qədər ki bəşər övladının qarnında qorxu ağrısı, ürəyində şöhrət azarı var, bir gündə yüz şair başı kəsilsə , heç kəs heç bir zaman hökmdarın üzünə ola bilməz!..

   Tarix qədər uzunsənət-rəyasətqarşılıqlarının təsvirfərmanı” bir abzas həcmində verməyin özü bir ədibi-şahlıq deyilmi?

   Sən təkcə qısa yığcam deyil, həm (bir az obyektiv, daha çox isə subyektiv səbəblərdən) az yazırdın. Deyirlər, bununniyə”sini heç Sən özün ( konkret, uzun-uzadı) cavablandırmayıbsan.

   

   Yeri gəlmişkən...

   

   Deyəsən, bu yazı da eləcə. Həcmcə yox, məna-məzmunca. Sənin kimimürəkkəb”, aydın-açıq yazılarına nisbətdəqapalısənətkar haqda bu yazı, çox az bir qədər emosional, sentimental çıxdı. Neynək, qadam, indiyədək Səndən yuxarı-aşağı sənətkarlarımız haqda yazılan ciddi üslublu monoqrafiyalardan, tərif dolutənqid bülbüloqrafiya”lardan ortalığa çıxıb ki, bupatetika”logiyadan da çıxa? Yəni, qəmin kəm, “Qətl günükimi ədəbi hadisə törədicisi! Rahat uyumağında ol, əbədi Qalaktikanın ədəbi hissəciyi olanQalaktikamüəllifi, “Deyilənlər gəldi başakimi ikiqat realizm ustası!

   Son olaraqAstana”dakı “220 saylı otaq”-odandakı həmişəyaşar bir neçə obrazına salamlar, Fəxri xiyabandakı məzarına, göylərdəki ruhuna ehtiram dualar!..   

 

 

   Tahir Abbaslı

 

   Mədəniyyət.- 2012.- 15 avqust.- S. 11.