O,
hər alətin özünəməxsus sirr və gözəlliyini
dinləyiciyə çatdıra bilirdi
İfaçılıq
sənətimiz
İfaçılıq sənətimizin
tarixinə nəzər salarkən bu sahədə iz qoyan, daima
hörmətlə xatırlanan sənətkarların
adlarına rast gəlirik. Onlardan biri də Ələkbər Əsgərovdur.
Ustad sənətkar nəfəsli
alətlərin bir çoxunda - milli alətlərimiz olan
zurnada, balabanda, neydə, musiqimizdə
doğmalaşmış klarnetdə peşəkarlıqla və
məharətlə ifa etməyi bacarırdı. Deyirlər ki,
sənətkarın çalğısındakı gəzişmələr
və improvizasiyalar bədahətən olardı. Hətta
özü də etdiyi improvizasiyaları ikinci dəfə təkrarlaya
bilməzmiş. O, nəfəs alətləri
ifaçılığında məktəb yaradan şəxslərdən
biri olmuşdur. Onun davamçıları bu gün
respublikamızın tanınmış
ifaçılarıdır.
Ələkbər Əsgərov
1933-cü ildə Bakıda anadan olmuşdur. Musiqi qabiliyyəti ona Allah vergisi idi. Çünki uşaq yaşlarından heç bir məktəb keçmədən
ifa etməyi bacarırdı. 11 yaşında ikən toy və el şənliklərində
çıxış etməyə
başlayır. İlk addımlarından
sənətkarların diqqətini
cəlb edir. Musiqi savadı olmayan, amma çox
gözəl ifaçılıq
bacarığına malik
gənci 1951-ci ildə
Musiqili Komediya Teatrının xalq çalğı alətləri
ansamblına, 1953-cü ildə
isə M.Maqomayev adına Azərbaycan
Dövlət Filarmoniyasının
nəzdində Xalq artisti, ilk qadın müğənnilərimizdən biri Həqiqət Rzayevanın rəhbərlik
etdiyi ansambla dəvət edirlər.
Artıq gözəl ifaçı
kimi tanınmasına rəğmən o, musiqi təhsili almaq məqsədilə 1957-ci ildə
A.Zeynallı adına
Musiqi Texnikumuna daxil olur. Az sonra görkəmli sənətkarlar
Əhməd Bakıxanov
və Səid Rüstəmovun rəhbərlik
etdikləri xalq çalğı alətləri
ansambllarına dəvət
alır. Sənətkar müxtəlif illərdə
ustad xanəndəmiz Əlibaba Məmmədovun
rəhbərlik etdiyi
“Humayun” ansamblında da çalışmışdır.
Xalq artisti Əlibaba Məmmədov onun haqqında xatirələrində bunları
söyləyir: “Ələkbər
Əsgərovu gənc
yaşlarından tanıyırdım.
Çox
gözəl sənətkar
idi və onun sənətinə həmişə çox böyük hörmətim
olub. El şənliklərində,
konsertlərdə tez-tez
rastlaşardıq və
bu mütəmadi görüşlər nəticəsində
bizim dostluğumuz yarandı. 1968-ci ildə mən “Humayun” ansamblını yaradanda onu kollektivə
dəvət etdim.
Bizim kollektivdə çalışdığı beş il
müddətində onunla
bir çox qastrol səfərlərində,
bölgələrimizdə konsert proqramları ilə çıxışlar
etdik. Tamaşaçılar hər zaman
onun solo ifasını
gözləyirdilər. Böyük sənətkar idi”.
Azərbaycan Televiziyası və Radiosunun xalq çalğı alətləri
orkestrinin bədii rəhbəri və dirijoru, Xalq artisti Nəriman Əzimovun da Ələkbər Əsgərov
haqqında maraqlı xatirələri var: “Elə sənətkarlar var ki, onlar
heç vaxt unudulmur, musiqisevərlərin
və xalqın qəlbində əbədi
yaşayır. Ələkbər Əsgərovla tanışlığımız
1957-1958-ci illərə təsadüf
edir. Hər ikimiz Səid
Rüstəmovun təşkil
etdiyi xalq çalğı alətləri
orkestrində çalışırdıq.
O, orkestrin ən gözəl solistlərindən
biri idi. Yaxşı yadımdadır, 1959-cu ildə
Moskvada keçiriləcək
dekadaya hazırlaşırdıq.
S.Rüstəmov respublikanın ən
istedadlı ifaçılarını
orkestrə toplamışdı.
Onların arasında Əhsən
Dadaşov, Baba Salahov kimi görkəmli sənətkarlarla bərabər,
Ələkbər Əsgərov
da var idi.
Həmin
dövrdə o, gənc
və istedadlı ifaçı kimi şöhrət qazanmışdı.
Neydə,
balabanda, klarnetdə ifa edəndə hər alətin özünəməxsus sirr
və gözəlliyini
dinləyiciyə çatdıra
bilirdi. Öz sənətini sevən
və sənətinin
ustadı olan ifaçı idi. Klarnetdə Ü.Hacıbəylinin
“Sevgili canan”, “Sənsiz”, balabanda S.Rüstəmovun “Sənindir”,
tütəkdə isə
böyük bir improvizasiya ilə çaldığı əsərləri
dinləyəndə bunun
şahidi oluruq. Ney kimi çətin
aləti xalq alətləri orkestrinə
gətirib, yerini püxtələşdirən də
Ələkbər Əsgərov
olmuşdur.
Mərhum ifaçının qızı,
hazırda Azərbaycan
Milli Konservatoriyasında
pedaqoq kimi fəaliyyət göstərən
Mahirə Quliyeva atası haqqında xatirələrini bizimlə
bölüşdü: “Atam
haqqında çoxlu xoş xatirələrim
var. Bu gün mənim
musiqi sahəsində olmağımda da, əlbəttə ki, atamın böyük rolu olub. Yadımdadır, evimiz həmişə qonaq-qaralı olardı.
Həbib Bayramov ailəsi ilə birlikdə, Rəşid Behbudov, Şövkət Ələkbərova, Elmira Rəhimova,
Əlibaba Məmmədov
mütəmadi olaraq evimizin qonağı olar, qastrollar və sənət barədə söhbətlər
edərdilər. Atamın ən
yaxın dostlarından
biri də ölməz sənətkarımız
Süleyman Ələsgərovun
oğlanları Arzu və Eyyub olub.
Dəfələrlə onların evimizdə
sənət, musiqi barədə atamla söhbətlər apardıqlarının
şahidi olmuşam.
Atamın tələbələri də çoxdur. Bu gün Qulammirzə
Mirzəyevi, Hakim Abdullayevi
atamın davamçıları
hesab etmək olar. Rəhmətlik Vəli Qədimov
da hər zaman atamla məsləhətləşərdi.
Onu da qeyd edim ki, atamın
musiqidən savayı digər bir sevimli məşğuliyyəti
dünya xalqlarının
dillərinə olan marağı idi. O, ərəb, fars
dillərini öyrənirdi.
Yeri gəlmişkən, hələ SSRİ dövründə
atama Ərəbistanda
işləmək təklif
edilsə də, o, təklifi qəbul etməmişdi.
Deyilənlərə görə, atamın
xüsusiyyətlərindən biri də onun
konsertlər zamanı
hər bəstəkarı
öz musiqisi ilə salamlaması olub. Yəni orkestr hansı
müəllifin əsərini
ifa edəcəkmişsə,
həmin bəstəkarın
digər əsərindən
kiçik bir parça ifa edərmiş. Bu həm tamaşaçıların,
həm də müəlliflərin çox
xoşlarına gələrmiş.
Görkəmli bəstəkarımız Fikrət Əmirov da atamın bu təqdimatını bəyənər və bunu atamın musiqi savadının yüksək olması kimi dəyərləndirərdi.
Alətləri seçərkən çox diqqətli olardı. Onların hazırlanmasında bəzən özü də iştirak edərdi. Balaban və ney
kimi alətləri hazırlayan bacarıqlı
usta Məmmədnaib Hacıyevlə hər bir aləti kiçik detallarına qədər diqqətlə
nəzərdən keçirərdilər.
Bəlkə elə bu səbəbdən də onun alətlərinin səslənməsi tam fərqlidir.
Həmin
alətləri bu gün atamın yolunu davam etdirən
qardaşım ifa edir. Hazırda o, Rusiyada yaşayır
və sənətini orada davam etdirir”.
Ələkbər Əsgərov 1966-cı ildən ömrünün
sonunadək Sumqayıt
Musiqi Texnikumunda balaban sinfində müəllim işləmişdir.
Eyni zamanda 1973-cü ildə ölməz sənətkarımız
Rəşid Behbudovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Mahnı Teatrına dəvət alır.
Bu kollektivlə keçmiş SSRİ-nin respublikalarında, dünyanın
bir çox ölkələrində qastrol
səfərlərində olur.
Sənət dostlarının xatirələrində deyilir
ki, bu konsertlər
zamanı Ələkbər
Əsgərov milli nəfəs alətlərimizdə
möhtəşəm ifası
ilə tamaşaçıları
heyran edərmiş.
1984-cü ildə sənətkar uzunmüddətli
və səmərəli
fəaliyyətinə görə
SSRİ Ali Soveti tərəfindən
“Əmək veteranı”
medalı ilə təltif edilir.
Ömrünün son illərində Ələkbər Əsgərov
Sumqayıt Musiqi Texnikumunun müəllimlərindən
ibarət "Dügah"
folklor ansamblını
yaradır. Ansambl öz
alət tərkibinə,
repertuar və ifa üslubuna görə bütün respublikada yeganə kollektiv idi. Sənətkarın ifa etdiyi “Şur", “Rast", “Segah", “Çahargah", “Humayun",
“Rahab", “Bayatı-Şiraz"
və s. muğamlar, “Vağzalı", "Tərəkəmə",
“Uzundərə” və
s. xalq rəqsləri,
habelə özünün
bəstələdiyi “Maralı",
"Natəvanı" və
s. oyun havaları və "Dügah" folklor ansamblının
lent yazıları bu gün Azərbaycan Televiziyası və Radiosunun “qızıl fond”unda qorunub saxlanılır.
Lalə Azəri
Mədəniyyət.-
2012.- 15 avqust.- S. 12.