Gənclər
mədəniyyəti necə təbliğ etməli?
Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının yardımı
ilə “Gənclər mədəniyyəti necə təbliğ
etməli” adlı kitabça çap olunub.
“Qloballaşan Dünyaya
İnteqrasiya” İctimai Birliyinin həyata keçirdiyi “Mədəniyyətin
təbliği və inkişafında gəncliyin rolu” layihəsi
çərçivəsində işıq üzü görən
nəşrdə gənclərin Azərbaycan mədəniyyətini,
tarixini və həqiqətlərini səmərəli şəkildə
təbliğ etmələri ilə bağlı ekspertlərin,
diaspor və QHT nümayəndələrinin fikirləri və
təklifləri yer alıb.
Mədəniyyət.-
2012.- 17 avqust.- S. 2.