Ölkəmiz
Finlandiyada beynəlxalq kitabxana
konfransında təmsil olunur
Avqustun 11-də Finlandiyanın
paytaxtı Helsinki şəhərində "İFLA-2012"
beynəlxalq kitabxana konfransı işə başlayıb. Finlandiya
Təhsil və Mədəniyyət Nazirliyi, Kitabxana
Assosiasiyası, Helsinki Şəhər Şurası, habelə
Finlandiyanın bütün kitabxanaları tərəfindən
dəstəklənən tədbirdə Azərbaycanı mədəniyyət
və turizm nazirinin birinci müavini Vaqif Əliyev təmsil
edir.
"Güclü kitabxanalar, güclü cəmiyyətlər: demokratikləşmə və biliklərə giriş kitabxanalardandır" devizi altında keçirilən konfransın seminarlarında "Müasir digital kitabxanalar", "Biblioqrafiya müasir rəqəmləşən dövrdə", "Güclü kitabxana assosiasiyalarının qurulması", "Kitabxanalar: gənclər və uşaqlar üçün" və s. mövzularda müzakirə aparılır.
Konfrans çərçivəsində kitabxana-informasiya sahəsində yeni know-how texnologiyalarının və yeni nəşrlərin sərgisi də keçirilib.
Beynəlxalq konfrans bu gün,
avqustun 17-də başa
çatacaq.
Mədəniyyət.-
2012.- 17 avqust.- S. 3.