Göyçayda Mirvarid Dilbazinin yubileyi qeyd edilib
Prezident İlham Əliyevin 2012-ci il 16 may tarixli
sərəncamına uyğun
olaraq Xalq şairi Mirvarid Dilbazinin 100 illik yubileyi ilə bağlı tədbirlər
keçirilir. Belə tədbirlərdən
biri də Göyçay mərkəzi
rayon kitabxanasında gerçəkləşib.
Çıxışlarda həssas qəlbli
şairin həyat və yaradıcılığından
geniş bəhs edilib. Şairin yaradıcılığında
Vətəni müdafiə,
uşaq aləmi, gəncliyin mənəvi dünyası, ana və övlad məhəbbəti ilə
bağlı mövzuların
geniş yer aldığı vurğulanıb.
Bildirilib ki, Mirvarid Dilbazi ədəbiyyatımızı
yeni-yeni obrazlarla zənginləşdirən sənətkar
olub. Onun yaradıcılığının
başlıca mövzusunu
xalqımızın zəngin
tarixi keçmişi və yurdumuzun misilsiz gözəlliklərinin
tərənnümü təşkil
edib. Şairin çoxsaylı lirik
əsərləri vətəndaşlıq
duyğularının yüksək
poetik ifadəsidir.
Azərbaycan ədəbiyyatının inkişafında mühüm
xidmətləri olan M.Dilbazinin ədəbiyyatımıza
bəxş etdiyi maraqlı şeir nümunələri heç
zaman öz təravətini itirməyəcək.
Sonda məktəblilər şairin “Nənənin nəvələri”, “Ana”, “Ağacların
bahar nəğməsi”,
“Ana dili” adlı seirlərini oxuyublar.
Mədəniyyət.-
2012.- 17 avqust.- S. 3.