Ordubadinin yubileyinə həsr olunmuş poçt markası

 

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərmarka şirkəti Azərbaycanın görkəmli yazıçısı Məmməd Səid Ordubadinin (1872-1950) yubileyinə həsr olunmuş poçt markası buraxıb. Yazıçının anadan olmasının 140 illiyi münasibətilə 100 min ədəd tirajla buraxılan və portretinin təsvir olunduğu markalardan birinin nominal dəyəri 50 qəpik təşkil edir.

 

 

Mədəniyyət.- 2012.- 17 avqust.- S. 4.