Xalq şairinə həsr olunmuş sərgi

 

   Avqustun 16-da Xətai Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) Xalq şairi Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığına həsr olunmuş sərgi açılıb.

   Kitabxanadan bildiriblər ki, sərgidə B.Vahabzadənin kitabları və onun haqqında yazılmış ədəbiyyat nümayiş etdirilib. Oxuculara böyük sənətkarın yaradıcılığı, onun Azərbaycan ədəbiyyatında mövqeyi haqqında geniş məlumat verilib. Sonra oxucuları maraqlandıran suallar cavablandırılıb.

   MKS-nin veb-səhifəsində də Xalq şairinin poeziyasından nümunələr, müasirlərinin onunla bağlı fikirlərini əks etdirən yazılar yerləşdirilib.

 

 

   Mədəniyyət.- 2012.- 17 avqust.- S. 4.