“Sağlam bədəndə
sağlam ruh olar”
Avqustun 16-da Qazax Rayon Mədəniyyət
və Turizm Şöbəsinin təşkilatçılığı
ilə rayon Mərkəzi
Kitabxanasında “İdman
ili - 2012”yə həsr
olunmuş “Sağlam bədəndə sağlam
ruh olar” adlı tədbir keçirilib.
Veteran idmançıların
və gənc pəhləvanların iştirak
etdiyi tədbiri rayon
MKS-nin direktoru Solmaz Babanlı açaraq Prezident İlham Əliyevin 16 yanvar 2012-ci il
sərəncamı ilə
2012-ci ilin Azərbaycan
Respublikasında “İdman
ili” elan edildiyini bildirib. Respublikamızın hər yerində
olduğu kimi, mədəniyyət sahəsində
də idmana aid silsilə tədbirlər keçirilir. Bu işdə təbliğatçı
kimi kitabxana işçilərinin də
üzərinə böyük
vəzifələr düşür.
Qazax Rayon Mədəniyyət və
Turizm Şöbəsinin
müdiri Valeh Vəliyev, Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev və başqa çıxış edənlər
Azərbaycanın müstəqilliyini
bərpa etdikdən sonra ölkəmizdə idmanın da böyük inkişaf yolu keçdiyini vurğulayıblar. Bu gün Azərbaycan idmanın qarşısında
geniş imkanlar açılıb. İdmançılarımız Avropa, dünya
və olimpiya oyunlarında müstəqil
Azərbaycanın beynəlxalq
nüfuzunun möhkəmləndirilməsinə
layiqli töhfələr
verir.
London Yay
Olimpiadasında atletlərimizin
qazandığı böyük
uğur da bunun göstəricisidir.
“Qırmızı
əmək bayrağı”
ordenli, SSRİ İdman
ustası, respublikanın
Əməkdar məşqçisi,
Prezident təqaüdçüsü
Kamal Əhmədov çıxışında qeyd
edib ki, idmançılarımızın bu uğurları ölkə rəhbərliyinin
idmanın inkişafına
göstərdiyi diqqət
və qayğının
nəticəsidir. Məhz bunlara
görə Azərbaycan
London Olimpiadasında 10 medal qazanıb.
Mədəniyyət.-
2012.- 17 avqust.- S. 4.