Ovçular təpəsində Kür-Araz
mədəniyyətinə aid yeni tapıntılar
AMEA Naxçıvan Bölməsinin
Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə
müdiri Vəli Baxşəliyevin rəhbərliyi ilə
Ovçular təpəsində Azərbaycan-Fransa
ekspedisiyası tədqiqat işləri aparır.
Tədqiqatlar
zamanı Kür-Araz mədəniyyətinə aid yeni
tapıntılar aşkar olunub. Ekspedisiyanın rəhbəri
V.Baxşəliyevdən aldığımız məlumata
görə, budəfəki tədqiqatlar zamanı
yaşayış yerinin strukturu dəqiqləşdirilib.
Müəyyən edilib ki, yaşayış yeri əsasən
bir və çoxotaqlı evlərdən ibarət olub.
Çoxotaqlı evlərin arasında ictimai məqsədlə
istifadə edilən təsərrüfat quyularının
qalıqlarıda aşkara çıxarılıb. Hazırda
tədqiqat işləri davam etdirilir. Qeyd edək ki,
Ovçular təpəsində arxeoloji qazıntılara
2006-cı ildən başlanılıb.
Ceyhun
Mədəniyyət.-
2012.- 17 avqust.- S. 4.