İsmayıllıda xalq yaradıcılıq nümunələrinin satış-sərgisi

 

Azərbaycanın turizm üçün əlverişli olan guşələrindən biri də İsmayıllı rayonudur. Böyük Qafqazın cənub ətəklərində yerləşən rayon ərazisində tariximizin qədim dövrlərinin izləri qalmaqdadır.

Bölgə həm də sənətkarlar diyarıdır, burada müxtəlif sənətkarlıq geniş təşəkkül tapıb. Təsadüfi deyil ki, ötən il ki, sahələri İsmayıllı Mədəniyyət və Turizm Nazirliyinin Xalq Yaradıcılığı Paytaxtları proqramı çərçivəsində Azərbaycanın Sənətkarlıq Paytaxtı elan olunmuşdu.

Qeyd edək ki, bu il İsmayıllı Rayon Mədəniyyət Mərkəzi yaradılıb, klub müəssisələrinin profilləşməsi həyata keçirilib. Hazırda səkkiz kənd klubunda xalça toxunur, digər klublarda yeni dərnəklər yaradılaraq müxtəlif əl işləri hazırlanır.

Rayonun dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən Lahıc kəndi sənətkarları ilə məşhurdur. XIX əsrin ortalarında Lahıcda 200-dək misgərlik emalatxanası fəaliyyət göstərib. O dövrdə kənddə digər sənət növləri - dabbaqlıq, çəkməçilik, papaqçılıq, sərraclıq, dəmirçilik, həkkaklıq, qalayçılıq, dulusçuluq, dərzilik və sair peşələr də inkişaf etmişdi. Bu gün İsmayıllı rayonuna gələn yerli və əcnəbi qonaqlar ilk növbədə Lahıca baş çəkmək, onun sənətkarlıq nümunələrini görmək istəyirlər.

Avqustun 13-də rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən İsmayıllı şəhərində, Qala divarlarının önündə təşkil edilən xalq yaradıcılıq nümunələrinin satış-sərgisi də bölgənin zəngin sənətkarlıq tarixinin, mədəni turizm imkanlarının təbliğinə xidmət edir.

İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsindən aldığımız məlumata görə, rayona gələn turistlərin sayı da ilbəil artır. Rayona 2009-cu ildə 15 min, 2010-cu ildə 25, 2011-ci ildə 59 mindən çox yerlixarici turist gəlib. Hər il təkcə Lahıca 8-10 min qonaq gəlir ki, onların da əksəriyyəti xarici ölkə vətəndaşları olur. Bölgədə 827 yerlik 19 mehmanxanamehmanxana tipli yerləşdirmə obyekti var. Bunlardan 9 obyekt Mədəniyyət və Turizm Nazirliyinin müvafiq lisenziyası əsasında fəaliyyət göstərir. İstirahət mərkəzlərində yerlixarici turistlərə yüksək səviyyədə xidmət göstərilir.

 

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2012.- 17 avqust.- S. 9.