Amerika təəssüratı
“Benjamin
Franklin Translantic Fellowship” proqramında
ölkəmizin təmsilçiləri
də iştirak ediblər
Azərbaycan 2006-cı ildən etibarən ABŞ-ın
“Benjamin Franklin Translantic Fellowship” proqramına qatılıb.
Proqramın məqsədi
Avropa Şurası ölkələrindən məktəbliləri
- 15-18 yaşlı yeniyetmələri
ABŞ-a dəvət edərək
bu dövlətin mədəniyyəti, təhsili
ilə tanış etmək, Birləşmiş
Ştatların qurucularından
olan Benjamin Franklinin həyatnı, dövlətçilik
irsini təbliğ etməkdir.
Ölkəmizdən proqramda iştirak etmək istəyənlər
ABŞ-ın Bakıdakı
səfirliyi tərəfindən
təşkil edilən
iki mərhələdən
ibarət müsahibədən
keçməli olublar. Birinci mərhələdə
proqrama qatılmaq istəyənlər fikir və məqsədləri
haqqında ingilis dilində inşaları səfirliyinə təqdim
ediblər. Bu mərhələdən qalib
çıxanlar üçün
ikinci mərhələdə
ABŞ səfirliyinin nümayəndələri
ilə canlı müsahibə təşkil
edilib.
Bu dəfə
ölkəmizdən “Benjamin Franklin Translantic Fellowship” proqramına
100-dən çox yeniyetmə
qatılmışdı. Onlardan iki nəfər - Bakı şəhərindən
Fatimə Kərimli və Kürdəmir rayonundan Həmidə Talıbova hər iki mərhələni müvəffəqiyyətlə keçərək Benjamin Franklin təqaüdü ilə
ABŞ-da təhsil kursu keçmək imkanı əldə ediblər. Ümumilikdə,
bu il
Avropa Şurasının
44 ölkəsindən 68 yeniyetmə
proqramın iştirakçısı
adını qazanıb.
Həmidə Talıbova Kürdəmir
rayon MKS-nin nəzdində
fəaliyyət göstərən
Amerika Mərkəzinin
fəal istifadəçisidir.
Səfərdən qayıtdıqdan sonra onun təəssüratlarını
öyrəndik.
Benjamin Franklin təqaüdçülərinin ABŞ-ın Winston Salem şəhərində
qarşılanma mərasimindən
sonra Amerika ilə ilk tanışlıq
dini məkanlardan başlayıb. İştirakçıların Amerika məscidini
ziyarət etməsi zəngin təəssüratla
yadda qalıb.
Məscidin divarında müsəlman
ölkələrinin yer
aldığı “İslam
dünyası” adlı
xəritə asılıb.
Sonra təqaüdçülər Wake Forest Universitetinin yataqxanasına
yerləşiblər.
Bir ay ərzində dərslər
səhər saat 9-dan
17-dək davam edib.
Konstitusiya, siyasət və
s. mövzularda dərslərdə
mövzuya dair sənədli filmlər də nümayiş olunub, muzeylərə, başqa maraqlı yerlərə gəzintilər
təşkil edilib.
Benjamin Franklin təqaüdçüləri
bir ay ərzində paytaxt Winston Salem, Filadelfiya,
Vaşinqton şəhərlərində,
Ağ evdə, Kapitol binasında olmuş, senator Ricard Barrla görüşmüş,
müxtəlif konfranslarda,
dəyirmi masalarda iştirak etmişlər.
Həmidə Talıbova Vaşinqton
muzeyində Holokost qırğınını (faşistlərin
yəhudilərə qarşı
apardığı soyqırımı)
əks etdirən muzey barədə xüsusi həyəcanla danışdı. Muzeydə eksponatlar,
öldürülmüş insanların əşyaları,
səslərini əks
etdirən kasetlər,
şəkillər o qədər
canlı şəkildə
sərgilənir ki, insanlar bu mənzərəni
həyəcansız seyr
edə bilmirlər.
Kilsədə keçirilən “Beynəlxalq gecə” də gözəl anlarla yadda qalıb.
Gecədə təqaüdçülər öz ölkələrinin
milli yeməyini bişirib. Azərbaycanlı iştirakçıların hazırladıqları yarpaq
dolması gecənin maraqla qarşılanan yeməklərindən biri
olub. Səfərin üçüncü həftəsini təqaüdçülər
Amerika ailələrində
keçiriblər. Məqsəd
əcnəbi gəncləri
Amerika ailə həyatı ilə daha yaxından tanış etmək idi.
H.Talıbovanın sözlərinə görə, qaldığı
ailədə böyük
hörmət və qayğı görüb.
Ailə üzvləri onun Azərbaycan haqqında söhbətlərini maraqla
dinləyiblər.
Kursun son həftəsi hər bir yeniyetmə
öz istəyi ilə dərs mövzusu seçib və həmin mövzuya uyğun olaraq dərslər keçilib. Bu dərslər əsasən
xeyriyyəçilik xarakteri
daşıyıb. Həmidə Talıbova da bu dərslərdə “Biz su istəyirik” kampaniyasına qoşulub və qrup tərəfindən
1000 dollar Afrikaya yardım
olunub.
Kursun başa çatması
ilə bağlı
Winston Salem şəhərində keçirilən Farewell Dinner gecəsi
də rəngli görüntülərlə zəngin
olub. Fatimə Kərimlinin Azərbaycanın
milli rəqs paltarında “Naz eləmə” rəqsini ifa etməsi gecədə iştirakçılarına
gözəl əhval-ruhiyyə
bəxş edib.
Təqaüdçülər bir aylıq
kursu bitirmələri
barədə sertifikat
alaraq ölkələrinə
dönüblər.
Məryəm Əliyeva
Mədəniyyət.-
2012.- 17 avqust.- S. 15.