“Top həm düşər, həm qalxar”
Sənədli film növbəti
mükafata layiq görülüb
Avqustun 21-24-də Serbiyanın Zlatibor şəhərində
idman filmləri üzrə birinci beynəlxalq festival keçirilib.
Azərbaycanın Serbiyadakı səfirliyindən
bildiriblər ki, festivalda 14 ölkədən
25 film nümayiş etdirilib.
Münsiflər heyətinin
qərarına əsasən,
Azərbaycan rejissoru Arzu Urşanın “Top həm düşər, həm qalxar” sənədli filmi festivalın birinci mükafatına layiq görülüb. Azərbaycan
futbolunun 100 illiyinə
həsr edilən ekran əsəri lentə alındığı
2011-ci ildən bu yana bir
neçə festivalın
qalibi olub.
Mədəniyyət.- 2012.- 29 avqust.-
S. 2.