“İpək
Yolunun tamı: kulinariya,
mədəniyyət və turizm”
konfransı
Sentyabrın
6-7-də Bakı növbəti beynəlxalq tədbirə ev
sahibliyi edəcək. Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyi, Dünya Turizm Təşkilatı və Azərbaycan
Turizm Assosiasiyasının təşkilatçılığı
ilə paytaxtımızda "İpək Yolunun tamı:
kulinariya, mədəniyyət və turizm" adlı beynəlxalq
konfrans keçiriləcək.
Konfransda Dünya Turizm Təşkilatının
baş katibi Taleb Rifai, qurumun məruzəçiləri,
ekspertləri, üzv dövlətlərin milli turizm təşkilatlarının
yüksək vəzifəli şəxsləri, həmçinin
yerli və xarici hökumət və qeyri-hökumət təşkilatlarının
və dünyanın aparıcı KİV nümayəndələrinin
iştirakı nəzərdə tutulur.
Konfransın açılışı sentyabrın
6-da "Jumeirah Bilgah
Beach Hotel"ində olacaq.
Azərbaycan Dünya Turizm Təşkilatı “İpək Yolu Proqramının" iştirakçısıdır.
Əsrlər boyu tarixi İpək Yolu Şərq və Qərb arasında mədəniyyət, ideya,
texnologiya və insan mübadiləsində
mühüm rol oynayıb. 28 ölkənin üzv olduğu İpək Yolu Proqramının məqsədi birgə səylərlə İpək
Yolu boyunca turizmi davamlı inkişaf etdirməkdən
ibarətdir.
Konfrans iştirakçıları İpək Yolu ölkələrinin kulinariya
təcrübəsinə dair
fikir mübadiləsi aparacaqlar.
Tədbirin ilk günü "Qida və turizm: qlobal meyllər və imkanlar", "İpək Yolunun kulinariya məkanlarının
aparıcı şəbəkəsi
kimi qurulması" və "İnkişaf üçün qida" mövzularında sessiyalar
təşkil ediləcək.
Konfransın ikinci günü
"İpək Yolu qlobal səyahət mediasında" və
"Rəqəmsal dövr:
sosial media və səyahət" mövzularında
dəyirmi masalar keçiriləcək.
Həmçinin tədbir çərçivəsində
Azərbaycan, Türkiyə,
İtaliya və İspaniya mətbəxlərinin
təqdimatı və
ustad dərsləri təşkil olunacaq, Azərbaycan və Gürcüstan istehsalı
olan şərabların
dequstasiyası keçiriləcək.
Tədbirdə iştirak edəcək
dünyanın aparıcı
media nümayəndələrinin Azərbaycanın regionlarına
press-turu təşkil
ediləcək.
Mədəniyyət.-
2012.- 29 avqust.- S. 3.