Naxçıvanın
incəsənət kollektivləri Türkiyədə
Naxçıvan Dövlət
Filarmoniyasının mahnı və rəqs ansamblı və
“Şərur yallısı” kollektivləri Türkiyədə
müxtəlif mədəni tədbirlərdə iştirak
edib. Muxtar Respublikanın Mədəniyyət və Turizm
Nazirliyindən verilən xəbərə görə,
mahnı və rəqs ansamblı 23-24 avqust tarixlərində
Bitlis vilayətinin Əhlət qəsəbəsində
keçirilən mədəniyyət festivalında milli musiqi
və rəqslərimizi təqdim edib. Kollektiv 25-26 avqust tarixlərində
Muş vilayətinin Malazgird qəsəbəsində
keçirilən şənliklərə də qatılıb.
“Şərur yallısı” isə
qardaş ölkədə XIX Gümüşhanə-Pestil mədəniyyət
və turizm festivalında iştirak edib.
Ceyhun
Mədəniyyət.-
2012.- 29 avqust.- S. 4.